AynuR ElgünəŞ

İyul 14, 2010

Cinsi azlıqlar – biz inkar etsək də, onlar var…

“yenilik.az” saytı, “Bizim Yol” – 14.07.2010   http://yenilik.az/?p=3734

Problemin həlli cəmiyyətdən təcrid etməkdirmi?

2005-ci ilin sonlarında İctimai Televiziyanın Həsən adlı əməkdaşı işdən qovuldu. Səbəb onun cinsi azlıqların nümayəndəsi olması idi. Problem təkcə onun işdən qovulmasında deyildi, Həsən həm də İTV-nin rəhbəri tərəfindən təhqir olunmuşdu. O zaman bu hadisə “Gündəlik Azərbaycan” qəzetində geniş işıqlandırıldı. İş yoldaşlarının qəzetə verdiyi məlumata görə, İsmayıl Ömərov rəhbərlikdə təmsil olunan şəxsləri öz otağına yığıb, Həsənin video görüntüsünün olduğunu deyib və göstəriş verib: “Hamınız tüpürün onun üzünə”. (more…)

Həyatın ironiyası

Filed under: SOSIAL — aynurelgunesh @ 10:20 səhər
Tags: , , , , , ,

woman-forum.net – 14.07.2010 – Az versiyası

Övladını zibilliyə atan ana indi zibillikdə yaşayır. Onun bu dünyada yalnız bir istəyi var, hər gün haradan olursa-olsun bir şüşə “Ağdam” çaxırı əldə etmək. Heç qarnını doyuzdurmaq üçün yavan çörək də istəmir. Yetər ki, kimsə ona bu yaxşılığı edib, çaxır almasına kömək etsin. Yoxsa bütün günü beyninin zoqqultusundan zarıyar, keçmiş xatirələrin ağuşuna düşüb uşaq kimi ağlayar…. O, mənim qəhrəmanımdı – Valya. (more…)

The Irony of Life

Filed under: SOSIAL — aynurelgunesh @ 10:18 səhər
Tags: , , ,

women-forum.net – 14.07.2010

A mother who once deserted her child in a garbage heap now resides there. Getting a bottle of Aghdam wine from anywhere by all possible means is the only desire she has in this life. She even does not want bread to fill her stomach. If somebody buys a bottle of wine for her, he or she already does her good. Otherwise, she moans from throbbing pain in her brain and weeps as a child overwhelmed by old memories.

She is my hero. Valya dressed in a dirty short-sleeve shirt of a vague color, an ankle length skirt and with a straw basket on her arm can be seen very often in the vicinity of the 8th km bazaar. However, everybody brushes past her and only turns back to dart a despising look at her if she calls out loudly or assails somebody with an array of curses. She is used to such treatment. She does not give a darn as to what people think of her particularly when a bottle is what it takes to raise her spirits. (more…)

Ölümdən qaçanlar…

Filed under: SOSIAL — aynurelgunesh @ 9:22 səhər
Tags: , , , , , , ,

“Bizim Yol” – 13.07.2010

Zorakılıq qurbanına çevrilən qadın hara üz tutsun?

Yeni reabilitasiya mərkəzləri fəaliyyətə başlayacaq

Ötən il  Şüvəlandakı 1 saylı internat evində təzyiqlərə məruz qalan Füruzə Əsgərovadan yazı hazırlamışdım. Füruzəni internatdan qovmuşdular, əllərində bəhanələri də vardı; o, internatda saxlanması üçün nəzərdə tutulan yaş həddini keçmişdi. Qıza kimsə də sahib çıxmırdı. Ölkədəki bütün əlaqədar təşkilatlara müraciət etdik, bu gənc üçün yer axtardıq. Elə o zaman da nə qədər çarəsiz qadının bu səbəbdən təşkilatlara üz tutduğunun şahidi olduq. Onların arasında cinsi istismara məruz qalan, ailəsi tərəfindən təzyiq edilən onlarla qadın vardı. Və nə yazıq ki, bu qadınların sayı durmadan artır. Hara getsinlər, kimə üz tutsunlar? Həyat yoldaşlarından, atalarından, qardaşlarından….. polisə şikayət etdikdən sonra necə yenidən o evə qayıtsınlar? Hamısı bu sualların məngənəsində çabalayır. (more…)

WordPress.com Bloqu.