AynuR ElgünəŞ

Fevral 17, 2018

ЗАРОЖДЕНИЕ КОНФЛИКТА И СМИ

Filed under: MEDİA,QARABAĞ — aynurelgunesh @ 7:28 axşam
Tags: , , ,
Точкой отсчета конфликта считается февраль 1988-го года. Для СССР и двух советских республик это было, должно было, стать важным событием, достойным широкого освещения. Однако листая прессу того времени, поражаешься скудости и лапидарности информации о важнейшем событии, изменившем лицо страны и судьбу миллионов ее граждан. Объяснение необходимо искать в том, что советские СМИ были не «фабрикой новостей», а «коллективным агитатором и организатором» КПСС. Почти безотказно работала налаженная машина тотального контроля над содержанием и формой подачи всех материалов СМИ. Такова была линия партии. Но время изменилось, менялось и общество, и как же влияла эта машина контроля на ход реальных событий в регионе нарождающегося конфликта?

(more…)

Dekabr 15, 2016

Nəyimə lazım?

Filed under: KÖŞƏ,Uncategorized — aynurelgunesh @ 8:50 səhər

24.07.2013 “Bizim yol” qəzeti

Yox, daha jurnalistlərə paylanmış evlərdən danışmayacam. Mənə nə, kimə niyə ev veriblər?! Guya ev verənlər bilmirdi ki, kimin evi var, kimin yox? Dərdləri mənə qalmayıb. Evə ayrılan pul büdcənin, büdcə də özlərinin.
Mənə nə düşüb deyəm ki, o Ramiz Əsgərin adı nə gəzir siyahıda? Axı o, o vaxt AzTV-də işləyəndə Yasamaldan ev almışdı, sonra verdi kirayəyə. Odey Bayılda, Qurban Abbasov küçəsi 74 ünvanda da mənzili var. Hələ bağından danışmıram.
Mənə nə, qardaşım, Cəhrə qarıyam aləmi vurum bir-birinə?
Hələ evin birini də boş saxlayıblar, camaat deyir, guya Bəxtiyar Sadıqova verəcəklər. Amma almaz. İyulun 22-də vermədilərsə, 23-də qəti yaxın durmaz. Nə də olmasa həmin gün Ağdamın işğal günüdür, Vətəni bir yana, adam o rayondan deputat seçilib. Yaraşarmı matəm günü sevincək olsun?!
Yaxud da Müşfiq Ələsgərli. Ona ev verməmək insafdan deyildi. Adamın ömrü verilişlərdə “cənab Əli müəllim çox gözəl vurğuladı…”, “Əflatun müəllim qətiyyətlə bildirdi….” söyləməklə keçir. Bu qədər də olmaz, canım, ev almaq onun tam haqqıdır.
Aramızda qalsın, Rəşad Məcidə yaman ürəyim ağrıdı bu məsələdə. Hətta ürəyim o qədər ağrıdı ki, sosial şəbəkədə bir-iki kəlmə də yazdım. Nəticədə hörmətli baş redaktor məni dostluqdan sildi, bütün gecəni yata bilmədim. Halbuki mən ona acıyırdım. Özü demiş, adam illərdir ev uğrunda mübarizə aparır, üstəlik oğlu da 7 ildir mətbuatdadır. Niyə ev almasın axı? Bəlkə elə oğlu utanıb atasının hərəkətlərindən, dedi: “Ay papa, niyə bu qədər acgözsən? Axı ayıbdı, pul verə bilmədiyin işçilərinin üzünə baxa bilmirəm, heç olmasa onları düşün”. İndi bu boyda ziyalı oğlunun qolundan tutub atsın bayıra, öz-özünə jurnalist deyənlər də gedib çəksin? Lazımdır bir ev olsun, ədəb-ərkanla oğluna desin: “Səni cəzalandırıram. İndi get otur Qadir İbrahimli ilə bir binada, ağlın gəlsin başına!”
Sevinc Telmanqızı demiş, bəzi qaramat jurnalistlər qulağıma pıçıldadılar ki, bəs Sevil Yusifovaya da ev verilib. Nolsun? Kimə nə onun jurnalist olmamasından? Jurnalist olmasa da, jurnalistlərin yanında hərlənir. Məsələn, Amaşov bir səfərə onsuz getməz. Mətbuat Şurasından kim hansı ölkəyə göndərilirsə, mütləq gender bərabərliyi Sevillə qorunur. Bu, ev almaq üçün çox böyük əsasdır.
Siz hələ şükr edin ki, ondan da deputat düzəltməyiblər. Qənirə Paşayeva gül kimi jurnalist idi, axırı nə oldu? Yazığın günü şəkil çəkdirməklə keçirdi. Əvvəllər bit-birə basmış qara-qura uşaqları basırdı bağrına, indi də Tünzalə Ağayevanı qucaqlayır. Birlikdə mahnı yazırlar, məktəb açırlar. Yazığı bir mandatla perik saldılar mətbuatdan. İndi-indi özünə gəlib “Qafqazinfo”da köşələyir.
Bircə bu Azər Həsrətə ev verilməməsi məni yandırır. Adam 2003-də nətər küsüb getdisə, 2013-də güclə qayıdıb gəldi mətbuata. İntəhası, bir şeyi anlamadım, Əflatun müəllimin MŞ sədri olmasından inciyib getmişdi, amma 10 il sonra da heç nə dəyişmədi. Bəs niyə gəldi? Nə azzarıma qalıb soruşum özündən. Lap əcəb edib gəlib. Gələndən də maşallah, MŞ-nın İdarə Heyətinə gözəl-gözəl təkliflər verir. Məsələn, o gün deyib ki, yığışaq elliklə “Azadlıq” radiosuna bir bəyanat göndərək, zəhmət şəkib “şparqalka” videosunu yığışdırsınlar, şuramızı saxtakarlıqda günahlandırmasınlar. Hətta deyib ki, internet mediası üçün də bir “qara siyahı” təşkil edək.
Mən şəxsən alqışlayıram. Bu 10 ildə adam Orta Asiya xalqlarının həyat və yaradıcılığıilə o qədər maraqlandı ki, artıq özbəklər kimi düşünür. Böyük irəliləyişdir, tempi saxlasa, mütləq 2015-ci ildə 4 otaqlı mənzili var.
Bircə şeyə məəttələm, bu qadın baş redaktorlar hansı ağılla özlərini ev siyahısına saldırmayıblar? Vüsalə Mahirqızını bir uzaqgörən adam bilirdim. Deyilmiş. 6 jurnalistinə ev alınca özünə birini təşkil etsəydi, lap əla olardı. O jurnalist sabah çıxıb gedəcək, hələ bir deyəcək ki, haqqım idi aldım. Qalacaqmı yana-yana? O vaxt Vüqar müəllim dəhaqlı olaraq deyəcək ki, ta sənə ev vermirəm.
Xoşqədəm Hidayətqızı da guya mənə Həsən bəy Zərdabi olub. Həsən bəy o vaxt qəzetini çıxarmaq üçün evini satmışdı. Xoşqədəm xanım da 2000-ci ildə qəzetini çıxarmaq üçün yeganə qızıl zinətini satdı. Ta o vaxtdan qızıl almır. İndi də ev almadı. Evsiz, qızılsız qadın kimə lazımdır axı? Sevinc Seyidovanın, İradə Tuncayın, Aynur Camalqızının adını da heç çəkmək istəmirəm. Bəs deyirlər, evi qadın tikir? Rəşad müəllimə baxandan sonra bu sözü deyən ataları da qınayıram.
Nə isə. Nəyimə lazımdı bu qədər enerji sərf edib danışıram? Adama deyərlər, sənəd vermisən keçməyib ki, indi də paxıllıqdan qeybət qılırsan? Bunu da deyim, daha susacam: Vüqar müəllim dedi ki, jurnalistlər istəsələr evi sata, kirayə verə, hədiyyə edə bilərlər. Olar də birdən hansısa çoxevli redaktor yuxusunu qarışdırar, ürəyinə mərhəmət toxumu səpilər. Xeyirxahlıq etmək üçün uzaqda adam gəzməsinlər, evlərini növbəti bina tikilənədək Röya Rəfiyevayla Elməddin Muradlının ailəsinə versinlər, yeni bina tikiləndə çıxarlar. Onsuz da indi hamı ev alıb, gələn dəfə mütləq evsizlər nəzərə alınacaq. Həm də Rəşad Məcid söz verdi, 2015-ci ildə heç bir jurnalist evsiz qalmayacaq.

Sitatın sonu…

Filed under: KÖŞƏ,Uncategorized — aynurelgunesh @ 8:47 səhər

03.07.2013 “Bizim yol” qəzeti

Bekarçılıqdan əziyyət çəkən bir qrup deputat “Sevgililər Günü”nü rəsmiləşdirmək fikrinə düşüblər. Sözüm onda yox, onsuz da bu məsələ bir də bir ildən sonra gündəmə gələcək və həvəsim olsa, o zaman sevgidən, onun gününün olmamasından yazaram. İndi məqsədim başqadır.
Bilməyənləri də mən agah edim ki, bütün enerjisini “Sitatın sonu” adlı çığır-bağır verilişinə tökən, buna görə də Milli Məclisdə danışmağa heyi qalmayan Etibar Hüseynov neçə gündür düşüb “Sevgililər Günü”nü rəsmiləşdirmək istəyənlərin üstünə. Deputat necə əsəbiləşibsə, açıqlamalarla ürəyi soyumayıb, özü də bir köşə yazıb.
İnsafən pis yazmayıb, adam haqlıdır, sevginin günü olmur. Əmma…
Məsələ burasındadır ki, Etibar müəllim vətənşüvənliyin dozasını bir az artıq edib. Məsələn, yazıb: “Mən bir sıra çıxışlarımda da bunu qeyd etmışəm ki, əgər kimlərsə bu tarixdə nəsə etmək istəyirsə, buna başqa ad fikirləşək. Qoy olsun “Qisas günü”, “Sədaqət” və ya “Şərəf günü” amma Allah xatirinə olan qalan qəhrəmanlarımızı da sevgili səviyyəsinə endirməyək”.
Bu fikir deputatın sevgiyə olan münasibətini ortaya qoydu. Onun üçün sevgi iki qədəh, bir şampan şərabı və bir otel otağıdır. Ülvilik, ilahilik-filan boş şeydir. Deputatın bu bir kəlməsi həyatlarını sevgi şeirlərinə həsr edən romantiklərin fikirlərinə də bir quş qoydu.
Deputat öz həmkarlarını Allaha and verir ki, qəhrəmanları sevgili səviyyəsinə endirməsinlər. Halbuki qəhrəmanımız saydığımız Fərizəni ölümə sürükləyən elə sevgilisi olub. Neçə qəhrəman sevgi yolunda gözünü dünyaya yumub. Neçə topdağıtmaz ev bir sevgiliyə görə yerlə yeksan edilib, sultanları, şahları qarşısında çökdürən yeganə şəxs sevgililəridir. Bəlkə qanı tökülən şəhidləri müharibəyə aparan sevdiklərini, sevgilisini qorumaq hissi olmayıb? Axı torpaq onun üzərindəkilərin var olması ilə dəyərlidir. Belə olan halda necə demək olar ki, qəhrəmanlarımızı sevgili səviyyəsinə endirməyək? Əksinə, qəhrəmanlarımıza sevgilimiz səviyyəsində baxdığımızda bizim üçün daha dəyərli olar.
Qaldı deputatın digər təkliflərinə, məncə, “Qisas Günü”nün qeyd edilməsi elə, ilk növbədə, onun özünə sərf etməz. Çünki insanlar o gün ümumilikdə düşmənlərdən qisas almağı düşünəcəklər. Maşallah, Etibar Hüseynovun ləkələdiyi, təhqir etdiyi, haqqını yediyi o qədər insan var ki… O günün bəlasına elə ideya müəllifinin özü düşəcək. Eləcə də onun dəstəklədiyi bu hakimiyyət. Bu millətin içində olan düşmənləri o qədər çoxdur ki, çətin bir gündə bütün düşmənlərdən qisas almaq istəyi reallaşa bilsin.
Odur ki, Etibar Hüseynov başını aşağı salıb həyatını yaşasa, mandatını qorumaq uğrunda efirdən kimi gəldi söysə yaxşıdır. Ona daha çox bu yaraşır. Sitatın sonu…

Xoşbəxtliyin fəlsəfəsi

Filed under: Uncategorized — aynurelgunesh @ 8:42 səhər

29.08.2013 “Azadlıq” qəzeti

Gündən-günə böyüyən evlər, o evlərdə yaşayan cılız insanlar var bu ölkədə… Hər gün bir azca da cılızlaşır, həyatın nehrəsində çalxalana-çalxalana köpük adamlara çevrilir onlar.

Bir cibə sığacaq, ovucda gizlənəcək qədər xırda insanların yüksək iddiasının göstəricisidir yaşadıqları o villalar.

O evlərin həndəvərinə belə, yaxınlaşa bilməyən, hər gün balalarına bir parça çörək aparmaq üçün yayda günəşin altında qovrulan, qışın sazağından əlləri parça-parça olan insanlarsa daha çoxdu bu məmləkətdə.

Özlərini bədbəxt sayır onlar. Uşaqlarının nimdaş geyinməsində, kürü deyil, şor yeməsində görürlər bədbəxtliklərini.

(more…)

Fevral 22, 2014

Azerbaijani Villagers Campaign for Legal Title to Homes

Filed under: SOSIAL — aynurelgunesh @ 5:22 axşam

They have proof they paid for their land, but the authorities say official documents don’t mean a thing

(http://iwpr.net/report-news/azerbaijani-villagers-campaign-legal-title-homes)

Although the 10,000 homes in the village of Shagan near the Azerbaijani capital Baku might seem hard to miss, they are not on any official map.

Government mapmakers say the homes are not “legal” so they cannot be drawn. Yet the people who have lived here – about 30 kilometres outside Baku, on the Absheron peninsula – for a decade or more insist they have proof they bought the land legally.

Residents of Shagan have worried always lived in fear of eviction, and those fears were heightened two weeks ago when President Ilham Aliyev’s office issued a press statement that they would have to leave their homes sooner or later.

Originally part of a Soviet farm that was broken up after Azerbaijan became independent in 1991, the land here was transferred to the presidential administration, which sold it in plots to the present residents. But after building their own homes, the majority have yet to secure full proof of ownership.

Local resident Elnur Malikov says the homeowners have documents of sale both from the presidential administration’s department for general affairs, as well as from the local authorities for Absheron district.

“Despite that, they won’t give us the excerpts from the land register which we need to notarise the transaction, so we cannot establish our right to the property,” he told IWPR.

Malikov said that since building their homes, the residents had paid for public utilities to be laid on out of their own pockets, and now paid their electricity, gas, water and phone bills.

“We’ve applied everywhere,” he continued. “I personally attended a meeting with the head of the presidential administration’s department for general affairs. I was told the documents in our possession carry no legal weight.”

Staff at the general affairs department told IWPR that the lands still belonged to it. Asked why, in that case, the documents of sale carried their official stamp, they declined to reply.

Hidayat Aliyev bought his plot in Shagan ten years ago and built a house on it.

“Now they tell us our documents are a fiction and that we don’t have ownership rights to our own home,” he told IWPR.

Aliyev recalls a collective letter that residents sent to President Ilham Aliyev some years ago.

“We wrote that if our documents were a fiction, they should launch a criminal case. After all, we didn’t create them ourselves, we got them from figures in positions of authority. Those people should be held accountable and return the money we paid for the land and spent on building homes, laying on communications and all that,” he said. “But we never got a reply.”

In 2011, President Aliyev ordered officials to create mechanisms to allow people to acquire legal title to the many still unregistered homes in Baku. Over 500,000 buildings in and around the city fall into this category. This led to a bill that if enacted, would address these issues. But it has yet to come before parliament.

According to Chingiz Ganizade, a member of the parliamentary commission that drafted the law, “It’s unclear when this bill will be debated in parliament.”

Because of the legal limbo, people in Shagan fear that they could be evicted at any moment, as has happened in other “illegal” settlements.

“They knocked down dozens of houses in Sulutepe and other settlements, and those dispossessed people were unable to do anything about it. They didn’t even get compensation,” said Shagan resident Amina Malikova. “We don’t want the same thing to happen to us.”

IWPR asked lawyer Fariz Namazov for his views on the validity of the Shagan residents’ claim. He said that since they bought the land in a fair transaction with stamped documents to prove it, it was incorrect to suggest they were illegal squatters.

“Even if the [official] agency didn’t have rights to sell the particular piece of land, the person who bought it does not bear any responsibility for that. He has placed his trust in a document issued by an official,” Namazov said.

Muzaffar Bakhishov, an expert on land affairs in Azerbaijan, says the confusion over ownership dates back to the post-Soviet distribution of state assets.

“In 1996, after the land reform act was passed, land was divided into three categories – 23 per cent went to municipalities, 19 per cent was assigned for private ownership, and the rest remained with state institutions,” he explained.

The division led to situations where a municipality might sell an area of land to which it did not have 100 per cent legal title.

But as Bakhishev pointed out, “Members of the public don’t have to know which plot belongs to whom. They hold a document from an official institution. So it isn’t the individuals deceived [in this manner] who must bear the responsibility, it’s the institutions that have deceived them.”

Garib Mammadov, head of the government agency for land and cartography, said the reason why Shagan did not appear on any map was that in the eyes of the law, it did not exist.

“If it is state land that’s being leased to members of the public, the local authorties need to issue a directive. If it’s municipal land, the directive has to come from the local municipality,” he said.

Aynur Elgunesh is editor of the Var.az website in Azerbaijan.


Havada qalan evlər (araşdırma)

Filed under: SOSIAL — aynurelgunesh @ 5:20 axşam
Tags:

meydan.tv. 11.02.2014

shaganPrezident Administrasiyasına məxsus torpaqları bazara kim çıxarıb?

“Bu torpaqları satıblar, almışıq. 10 ildir ev tikmişik, yaşayırıq . Torpaqlar Abşeron rayonundakı südçülük sovxozunun tabeliyindədi. Adi bir arayış belə ala bilmirik. Gedirik Şağan qəsəbə sovetinə, deyirlər ki, o sənədlər saxtadır, torpaq sənədləşməyib. Heç bir bank bu evləri girov götürmür”.

Bu sözləri Şağan qəsəbəsi ətrafındakı yeni məhəllədə yaşayan  Hidayət kişi deyir. (more…)

Yanvar 7, 2014

Ölüm yatağında açılan sirr

Filed under: Uncategorized — aynurelgunesh @ 12:49 axşam

qafqazinfo.az, 7.01.2014

Hansımız etdiyimiz yaxşılığım qarşılığını görməyəndə inciməmişik? Yaxud hirslənəndə bunu dolayı şəkildə də olsa adamın başına vurmamışıq? Olub, o qədər də uzun olmayan ömrümüzdə xırda xeyirxahlığımızı böyük fədakarlığa bənzətdiyimiz çox olub. Sədaqətdən ağızdolusu danışmışıq, amma əməldə etmişikmi? 3-5 il sonra dəyişməmişikmi? 

İlin-günün bu vaxtında – ölkədə hamı yanğından, intihardan, uçurumdan, korrupsiyadan yazdığı bir məqamda yaxşılıq, fədakarlıq kimi mücərrəd anlayışlardan yazmağım da səbəbsiz deyil. İllər öncə tanıdığım, ağlımın bir ucunda həmişə hörmətlə xatırladığım bir nənənin taleyidir məni buna vadar edən. Etdiyi ən böyük fədakarlığı yalnız ölüm ayağında açıqlayan nənə…

Yox, boyum, çəkim əksini söyləsə də, mən ürəyiyuxa, hər saat insan taleyindən təsirlənəcək adam deyiləm. Ümumiyyətlə, gecə-gündüz ağlayıb dərd anladanlara heç acımıram. Sultan nənənin də ağladığını, gileyləndiyini heç görmədim…

İllər öncə kirayədə yaşadığım bir məhəllədə Laçından məcburi köçkün düşmüş iki ahıl məskunlaşmışdı. Rayonun hansı kəndindən olduğunu unutmuşam. Onlarda ilk diqqətimi çəkən bir-birləri ilə sakit, mehriban davranışları idi. “Yaşlılar ancaq deyingən olur” qənaətində olan birinə bu davranış maraqlı gəlirdi. 

“Sultan” adlı qadınla da ilk dəfə rastlaşırdım. Yaşı yetmişi haqlamışdı, amma cavan oğlan görəndə də yaylığının bir ucunu ağzına doğru çəkirdi. Həyası, həzin səsi rahatlıq verirdi adama. Mübaliğəsiz deyirəm, gəncliyindən, sevgisindən danışanda gözlərinin dərinliyindəki işığı görməmək mümkünsüz idi.

Oxucularım arasında qohumlarından kiminsə olduğunu düşünüb ömür-gün yoldaşının adını qəsdən yazmıram. Onsuz da bu hekayədə bunun o qədər də əhəmiyyəti yoxdu.

Sultan nənə deyirdi ki, həyat yoldaşını çox sevib. Ona görə də qardaşlarının etirazına baxmayaraq, qoşulub qaçıb. Əvəzində qardaşları sevgilisini elə döyüblər ki, aylarla xəstə yatıb. Amma yenə də vaz keçməyiblər bir-birlərindən. 

Tale onları qovuşdursa da, övlad payını əsirgəyib. Gülə-gülə “etmədikləri türkəçarə qalmadı, Allah verməyəndə vermir”-deyirdi. 

Tez-tez bacısı, nəvələri gələrdi onlara. Hətta bacısı nəvələrindən biri ilə dostlaşmışdıq da. Sultan nənədən fərqli idi bacısı. Cəld, səs-küylü qadındı. 

Ondan eşitmişdik ki, qaynanası gün verməyib Sultana. Hətta övladı olmurmuş deyə oğlunu təkrar evləndirmək də istəyib: “Nələr eləmirdi, harda otururdu oğlunun bədbəxtliyindən danışırdı. Yeni ərə gedən olanda qoymazdı Sultan həmin adamın evinə getsin, deyirdi, olmaz, təzə gəlinin yanına sonsuzu buraxmazlar”…  Danışırdı, sonra da özünəməxsus şəkildə “ərməğan” göndərirdi o dünyaya.

Sonralar mən də, Sultan nənəgil də köçdük o məhəllədən. Onlara hardasa ev verdilər. Bununla da əlaqəmiz kəsildi. Çox sonralar eşitdim ki, həyat yoldaşı dünyasını dəyişib, Sultan nənə də bacısının nəvəsi ilə birgə yaşayır.

Bir müddət öncə Sultan nənənin də dünyadan köç etdiyini duydum. Kədərləndim, sonra unutdum…

Amma bacısı nəvəsi ilə təsadüfi qarşılaşmamız və eşitdiyim xəbər bu qadını gözümdə yenidən ucaltdı. Öyrəndim ki, Sultan nənə 50 ildən artıq ürəyində saxladığı sirrini ölüm yatağında bacısına açıb. Taleyini söyən bacısına bircə kəlmə deyib: “Mən hələ qızam”…

Sonrakı Səhifə »

WordPress.com Bloqu.