AynuR ElgünəŞ

Yanvar 20, 2009

Yaşıllıqların qənimi

Filed under: KÖŞƏ,Uncategorized — aynurelgunesh @ 12:16 axşam
Tags: , , ,

Nizami rayonunda «soyqırım» davam edir

Aynur Elgünəş

Aynur Elgünəş

Yaşadığı həyat tərzinə və gördüyü işlərə uyğun olaraq hərə tarixin yaddaşında bir cür qalacaq.

Amma ona tam əminəm ki, Nizami rayonunun camaatı icra başçısı Mehbalı Əliyevi yaşıllıqların qənimi, dolayısı ilə mərhum prezident Heydər Əliyevin düşməni kimi xatırlayacaq. Çünki vaxtilə mərhum prezidentin «hansısa ağacın budağını kəsən elə bilsin ki, mənim qolumu kəsir» ifadəsini bayraq tutub şəhəri yaşıllıqlara qərq edən icra hakimiyyəti başçılarından fərqli olaraq Mehbalı müəllimin ağaclara qarşı allergiyası var. Harada iki ağacı bir yerdə görürsə tez baltalatdırıb yerində ya şadlıq evi, ya da mağaza tikdirir. Elə ona görə əhali arasında onun rəhbərlik etdiyi rayonu «şadlıq evləri şəhərciyi» də adlandırırlar. İmanım Allah əmanəti, ola bilsin ki, həmin şadlıq evləri və mağazalar daha «yuxarı»da oturanlara məxsusdur, ancaq bu, faktdır ki, həmin müəssisələrin sayı məhz Əliyevin icra hakimiyyəti başçısı kreslosuna oturmasından sonra göbələk kimi artıb. Hələ qonum-qonşularım danışır ki, onların böyük əksəriyyəti başçımızın «day-dayı»sı Rövnəq müəllimə məxsusdur. Onun sayəsində Mehbalı müəllimə də az pay düşmür. Bir neçə ay əvvəl 8-ci kilometr bazarı yananda da günahı icra başçısında axtaranlar oldu. Dedilər, guya Qaraçuxurda yeni bazar tikilir deyə köhnəni bu yolla sıradan çıxarırlar. Kimisi də dedi ki, bazarın ətrafında tikilən ticarət müəssisələrinin işi yaxşı getsin deyə bazarı yandırıblar. (more…)

Orduda xəstə əsgərlər var

Filed under: SOSIAL,Uncategorized — aynurelgunesh @ 12:10 axşam
Tags: , , , , , ,

əsgərlər

əsgərlər

Hərbi komissarlıqlar yararsız çağırışçıları ön xəttə göndərməkdən də çəkinmir

… Astara Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış Tural Əliyevin də eşitmə qabiliyyəti xidmətə yararsız səviyyədədir. Hətta atası onu xidmətdən əvvəl müalicə olunmaq üçün Moskvaya da aparıb. Amma müalicənin bir faydası olmayıb. Tural Əliyev bir neçə dəfə müayinə olunmaq üçün xəstəxanaya yerləşdirilsə də, onun ordudan tərxis edilməsi daşa dirənib. Hətta atası mətbuat konfransı keçirdiyinə görə Turalı hərbi hissədə cəzalandırıblar… (more…)

Yanvar 13, 2009

Səsimizi də kəsdilər

Filed under: KÖŞƏ — aynurelgunesh @ 10:45 səhər
Tags: , , , , , ,

Millətin tezliklə lal olmaq təhlükəsi var

 

Bütün dünya YENİ İLİ yeni uğurların müjdəçisi kimi qarşılayır. Hər kəs elə bilir ki, yeni ilin ilk gününü hansı ab-hava üstündə köklədinsə, bütün ili elə də başa vuracaqsan. Görünür, bu səbəbdən məmləkətdə çox az adam (əsasən monopolistlər) təqvimin dəyişməsini bayram edir.

 

 Qalanları, yəni sadə camaatsa artıq neçə illərdir ki, yeni ili qiymət artımının xofu içərisində qarşılayır. Heç təqvimin ilk ayı ilk həftəsini xırdalamamış dünyaya enerji vermək iddiasında olan Azərbaycanda enerji daşıyıcılarının qiyməti ceyran belinə minir. Beləliklə də ölkədə yaşamaq uğrunda əsl savaş başlayır. Evinə bir tikə çörək aparmaq niyyətində olanlar cib soymaqdan tutmuş adam öldürməyə qədər hər vasitəyə əl atırlar. Mədəni «cibgir»lərimizin fəaliyyəti isə daha da genişlənir, «şapka»lar günün tələbi ilə uyğunlaşdırılır.

Uzun zamandan bəri əhval-ruhiyyəmizi bu cür köklədiyimizdəndir ki, il ildən ağır gəlir.

Bu dəfə də belə oldu. Amma hökumət ağıllı tərpəndi, ötən illərdəki kimi ajiotaj yaratmasın deyə qazın, işığın, suyun qiymətini qaldırmazdan əvvəl camaatın dilini, səsini kəsməyə qərar verdi.  Beləliklə də narazı əhalinin üz tuta biləcəyi 2-3 radionun da lisenziyası əlindən alındı. «Bu ölkənin sahibi bizik» deyib dünyaya meydan oxuyan hakimiyyətimiz açıq şəkildə bəyan etdi ki, bu məmləkətdə nə narazılara, nə də onların səsini duyuranlara ehtiyac var. Yaşamaq istəyirsənsə, gərək mütləq əttökən müğənnilərin bayağı mahnılarını səsləndirən radiolara qulaq asıb, «YAP-a alqış» deyəsən, ya da cəhənnəm olub ölkədən gedəsən. Haqlıdırlar da, nə vaxt vətəndaş olaraq hüquqlarımızı tanıdıq ki, indi də onların fikri ilə razılaşmayaq? Bu məmləkətin insanları «YOX!» kəlməsindən oddan qorxan kimi qorxurlar. Çoxuna elə gəlir ki, öz hüququnu  tələb etmək prezidentin siyasətinə qarşı çıxmaqdı.

Lisenziyası əllərindən alınmış xarici radostansiyalarda çalışan həmkarlarımızsa hələ də dinləyicilərinin onlara ünvanladığı çoxsaylı mesajların təsiri altındadırlar. Dinləyicilərin hamısı təəssüfləndiyini, kədərləndiyini, hətta verilişi dinləmək üçün İnternet kafelərə üz tutduqlarını deyirlər. «Mediaforum» isə oxucuların 79 faizinin bu qərarı haqsız saydığını yazır.

Yadıma «Gündəlik Azərbaycan»ın bağlanmaq təhlükəsi ilə üz-üzə qaldığı vaxtlar düşür. O zamanlar da redaksiyamıza ardı-arası kəsilməyən oxucu zəngləri gəlirdi. Hamısı da narahatlığını, etirazını, hiddətini, təəssüfünü …. bildirirdi. Amma əməldə bunların heç biri yox idi. Heç kim onlardan piket, aksiya keçirməyi gözləmirdi. Daha sivil yollar da var. Məsələn, hansısa oxucu və ya dinləyici bir vətəndaş olaraq öz etirazını vərəqlərə töküb Prezident Aparatına yollaya bilərdi. Amma bir kimsə bunu etdimi və ya indi edirmi?

Yadımdadı, lisenziyaların ləğvi ilə bağlı söz-söhbətlər dolaşanda «Azadlıq» radiosuna bir dinləyici zəng vurub pafosla çıxış etdi: «Bizim suyumuzu, işığımızı, qazımızı kəsirlər, dinmirik. Yeganə radiomuz qalıb, onu da əlimizdən almaq istəyirlər?» Şəxsən mən bu narazılığın kimə ünvanlandığını yəqinləşdirə bilmədim. Məgər bu cür düşünən vətəndaşlar anlamırlarmı ki, yaşayış üçün önəmli olan işığın, suyun, qazın kəsilməsinə rəğmən dinməyənlərin başına istənilən oyunu açmaq mümkündür?

«Susmaq razılıq əlamətidir» – deyirlər. Deməli, qul olmağa, köləyə çevrilməyə özümüz razılıq vermişik.

Hələ belə getsə, çox susacağıq. Hətta martda keçiriləcək referendumdan sonra millətin lal olmaq təhlükəsi ilə üz-üzə qalacağı da deyilir.

 

***

Hacıbala Abutalıbovun göstərişi ilə «Baksovet» ətrafına xeyli şəkilli işıqlar quraşdırılıb. Əksəriyyəti də bayquş formasındadı. Bayquşlar da xarabalıqlarda ulayar. Allah sonrasından saxlasın. Öküz ili heç yaxşı başlamadı…

WordPress.com-da pulsuz sayt və ya bloq yarat.