AynuR ElgünəŞ

İyun 15, 2013

Təhsil nazirinə imzalı donos

Daxil edildi: tƏHSİL,Uncategorized — aynurelgunesh @ 8:08 am
Tags: , ,

Qafqazinfo.az

Çox hörmətli, qiymətli Mikayıl müəllim. Yazıb sizə bildirirəm ki, Misir müəllim işdən çıxanda o qədər sevindim, o qədər sevindim, dəxi anlatmam mümkün deyil. Yox, sizin gəlişinizlə təhsilimizin bayram edəcəyini düşünəcək qədər sadəlövh deyiləm. Bilirəm ki, bu sistem qanqren olmuş ayaq kimidir, barmaqları kəsib atmaqla, ya da müalicə etməklə sağaltmaq çətindir. Sevincimin səbəbi başqadır, axı yeni nazir həm də yeni kadr islahatları deməkdir. Yəni uzun sözün qısası, düşündüm ki, bu dəyişiklik mətbuat xidmətində də baş verəcək və zəhmətkeş jurnalist əhlinin canı Bayram Hüseynzadə mərəzindən qurtulacaq. Heç olmasa, bundan sonra “Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmadı” kimi fikirlərə mediamızda az rast gələcəyik. (more…)

Cəzasızlıq sindromu

Daxil edildi: tƏHSİL,Uncategorized — aynurelgunesh @ 8:04 am
Tags: ,

Qafqazinfo.az. 06.06.2013

Bu ölkədə heç də hamı satılıq deyil… 

…Əslində eyni sahədən davamlı olaraq yazı yazmaq kimi bir vərdişim yoxdur. Amma yeni təhsil nazirinə ünvanladığım yazı ətrafında yaranmış söz-söhbətlər, basqılar Ağdam Təhsil Şöbəsinin gündəmdə qalmasına ehtiyac olduğunu göstərdi.

Yazı Qafqazinfo saytında işıq üzü görəndən sonra telefonuma gələn anonim və açıq zənglərin arası kəsilmir. Yazını saytdan götürməyim üçün pul təklif edən də var, hədə-qorxu gələn də. Zəng edənlər Elmira xanımın əslən kəlbəcərli olduğunu, arxasında kürd mafiyası dayandığını, onlardan birinin Gəncədə hüquq-mühafizə sistemində çalışdığını belə dilə gətirməkdən çəkinmirlər.  (more…)

İyun 23, 2010

Ağdam məktəblərinin qara günləri

23 -06 -2010 <Bizim Yol>

«30 məktəbin adına pul yazıb silirlər»
Maliyyə Nazirliyi Təhsil Şöbəsini, şöbə müdiri direktorları, direktorlar isə müəllimləri divara dirəyib

Bir neçə gün əvvəl Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhsil sahəsini tənqid atəşinə tutdu. Təhsil naziri Misir Mərdanov da cavabı çox ləngitmədi, dedi ki, cənab Mehdiyevlə 100 faiz razıdır, bu sahədə problemlər var və yavaş-yavaş həll edilir.
Sözsüz ki, problemin uzun dərs ilində deyil, niyə yay tətili ərəfəsində ortaya çıxması maraqlı görünür. Amma ən maraqlısı odur ki, məsələ ən yüksək səviyyədə müzakirə olunur. Deməli, təhsildəki korrupsiya, rüşvət faktoru gözəgirən həddədir.

(more…)

Rubric Mövzusu WordPress.com Bloqu.

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.