AynuR ElgünəŞ

«Şəbnəm» mədrəsəsinin gizlinləri
“Bizim Yol” qəzeti, 25.01.2012

Qaranlıqdakı ziya və ya dövlət qurumları təhsil müəssisəsinin qanunsuz fəaliyyətinə niyə göz yumur?

“Biz dini təhsil almaq üçün gəldik, əvəzində psixoloji travma aldıq”. Bu sözləri Badamdar qəsəbəsində yerləşən “Şəbnəm” mədrəsəsində təhsil almış Təhminə Ağayeva (ad şərtidir) deyir.

Mədrəsədə yaşadığı həyat bu hicablı xanımın əsəblərini pozub, özünə qapanmasına səbəb olub. İntihara cəhd etmiş bu xanım hazırda psixoloq yanında müalicə olunur: “Mədrəsədə təhsil 2 ildir. Başqaları kimi mən də bura oxumağa gələndə elə bilirdim ki, təhsilimi başa vurub mədrəsədə, ya da hansısa məsciddə işləyəcəm. Ancaq adamım yoxdur deyə məni işə götürmədilər. Mədrəsənin əsas rəhbəri Türkiyə vətəndaşı Məryəm Dəmirdir. Ancaq sənədlərdə Aynurə Məmmədovanın adı gedir. Yalnız yoxlama gələndə Aynurə Məmmədova (İslamur hoca kimi tanınır) ortaya çıxır. Mədrəsədə o qədər haqsızlıqlar, qanunsuzluqlar baş verir ki, bütün uşaqlar cana doyub. Amma bunun qarşısını alan yoxdur. Bizi hədələyib deyirlər ki, onsuz da şikayətinizə baxan olmayacaq, heç kim bizi qoyub, sizə inanmaz”.

Məzhəblər arasında ayrıseçkilik yaradılır

Şikayətçi yalnız Təhminə deyil. Özünü Vüsalə kimi təqdim edən hicablı xanım da “Şəbnəm”dəki təhsildən, münasibətdən narazıdır: “Mən həmin mədrəsəni birtəhər bitirmişəm. Əslində universitetə girmək istəyirdim. Ancaq attestatım itdiyi üçün ali məktəbə sənəd verə bilmədim. Fikirləşdim ki, 2 il oxuyaram, müxtəlif fənlərə də orada hazırlaşaram, attestatım bərpa olunandan sonra yenidən universitetə girərəm. Ancaq gəlib gördüm nə oxumaq, heç o fənlərə əhəmiyyət vermirlər. Allahın ilk əmri “Oxu”dur. Amma mədrəsədə Qurani-Kərimdən başqa digər elmləri öyrətmirlər. Dindar müəllimələr arasında elələri var ki, heç vurma cədvəlini də bilmir. Yoxlama aparılsa, görərlər ki, o mədrəsədə oxuyan tələbələrin heç nədən xəbəri yoxdur. Heç Azərbaycanın neçə rayonu işğal olunub, onu da bilmirlər. Tələbələr şikayət etməyə qorxur. Zeynəb Nuri adlı müəllimə var, heç bir universitet təhsili yoxdur, ali təhsil almaq istəyən qızlara da məsləhət görür ki, elə mədrəsə təhsili ilə kifayətlənsinlər. Zeynəb Nuri deyir ki, dünyəvi kitabları oxumayın, Qurani-Kərimdə hər şey var”.

Vüsalə deyir ki, mədrəsədə dini ayrıseçkilik var: “Qapalı da olsa, bu mədrəsədə məzhəblər arasında ayrıseçkilik yaradırlar. Şiələrlə sünniləri bir-birinə qarşı qaldıran gizli təbliğatlar aparılır. Belə məsələlər bir-iki günün içində həll olunmur, uzun müddət hazırlanır. Ona görə də bu cür qarşıdurmanın pis nəticə verə biləcəyindən ehtiyatlanıram”.

Qanunsuz kitablar tədris olunur

Mədrəsədəki ağır şəraitdən gileylənən T.Ağayeva deyir ki, baş verənləri ailəsi bilməsin deyə adının şərti verilməsini istəyir: “İstəmirəm ailəm mənim əzab çəkdiyimdən xəbər tutsun. Mən hafizlikdə oxuyurdum. Dərsimiz səhər 6-da başlayır. O vaxt dərsi danışmaq üçün gərək gecə saat 4-də durub hazırlaşasan. Hər gün bu saatda oyanmaq adama pis təsir edir. Atamın ölümündən sonra başımda ağrılar başlamışdı, hər gecə 4-də oyanmaq səhhətimi ağırlaşdırırdı. Ona görə də xahiş etdim ki, saat 6-ya qədər dərsimi danışıb sonra yatım. Uşaqlar da razılaşmışdılar. Amma rəhbərlik razı olmadı, dedilər dərsi saat 6-da verməlisən. Məni idarəyə çağırdılar, dedilər ki, sən müəllimənin münasibətindən istifadə edirsən. Səhərlər gəlirdim, görürdüm müəllimə ağlayıb. Deyirdi, məni çağırıb danlayırlar ki, niyə o dərsini vaxtından əvvəl danışır? Mədrəsənin idarəçiliyində Veysəl adlı şəxs də vardı. Hafizlərə o rəhbərlik edirdi. Sonradan o, işdən çıxdı. Hazırda onun vəzifəsini Məryəm Dəmirin həyat yoldaşı icra edir. Ancaq gizlədirlər. Veysəl müəllim Xədicə adlı müəlliməni çağırıb məni ona tapşırdı. Xədicə də Türkiyə vətəndaşıdır. Bu müəllimə də mənimlə prinsip apardı, dərsimi soruşmurdu, incidirdi. Səbəbini də belə izah edirdilər ki, sən niyə gedib rəhbərliyə şikayət etmisən? Baş verənlərə dözməyib mədrəsədən çıxmaq qərarına gəldim. O zaman Veysəl mənə dedi ki, getmə, qal, 1 ay ərzində çaşmadan dərsini danışmasan çıxarsan. Bu, mümkün deyildi. Oxuduğumuz Qurandır, nağıl deyil ki, çaşmadan danışa bilim. Sadəcə məni başqa adla çıxarmaq istəyirdilər. Mədrəsədə Gülnarə Həşimova və Şahnaz adlı idarəçilər var. Tələbələrlə çox kobud rəftar edirlər. Kim şikayət edirsə, deyirlər ki, sən günaha batırsan, kursun bağlanmasını istəyirsən. Elə deyil, şəxsən mən istəmirəm mədrəsə bağlansın, ancaq rəhbərliyə normal münasibət qura bilən birini qoysunlar”.

T.Ağayeva da məzhəblər arasında ayrıseçkilik edildiyini deyir: “Ən böyük narazılıqlardan biri də odur ki, mədrəsə rəhbərliyi qızların mədrəsədən kənardakı həyatına da müdaxilə edir. Kiminlə görüşdün, hara getdin və s. Sanki hər şeyə görə onlara hesabat verməliyik. Məzhəblərə gələndə, şiələr əlləri açıq, biz isə bağlı şəkildə namaz qılırıq. Buna müdaxilə etmirlər. Amma müəllimlər bizi namaz qılarkən güdürlər. Sələfilər qəbul edilmir, onlara təzyiq edilir. İdarəyə çağırırlar, deyirlər ki, sən digərlərinə təsir edirsən. Halbuki sələfi olanlar heç nə etmirlər, sadəcə namazı bildikləri kimi qılırlar. Neçəsi oldu ki, təzyiqlərə davam gətirməyib mədrəsədən çıxdı. Mən özüm hənəfiyəm, qorxumdan sələfilərlə ünsiyyətdə olmuram. Çünki görən kimi danlayırlar, incidirlər”.

Hazırda mədrəsədə təhsil aldığından kimliyinin bilinməsini istəməyən başqa bir xanım isə qadağan olunmuş kitablardan istifadə olunduğunu deyir: “Məktəbi əsasən dörd Türkiyə vətəndaşı idarə edir. Amma onların rəsmi fəaliyyəti yoxdur deyə yoxlama gələndə gizlənirlər. Hətta bir dəfə yoxlama gələndə yuxarı mərtəbədəki paltar dolablarında gizlənmişdilər. Binamızın yanında qırmızı bina var, orada həmin idarəçilər yaşayırlar. Əvvəllər ora ilə bizim bina arasında qapı da var idi. Yoxlamalar gələndən sonra həmin qapını hördülər. Mədrəsədə qadağan olunmuş kitablardan dərs keçirlər. Biz bunu bilmirdik. Bir neçə dəfə yoxlama gəlib və o zaman həmin kitabları yatağımızda gizlədiblər. Onda bilmişik ki, həmin kitablardan istifadə etmək olmaz. Mədrəsəyə nə qədər insan pul verir. Hamını “xeyirsevərik” deyib aldadırlar. Deyirlər ki, hansı tələbə xəstə olursa, onu həkimə aparırıq. Ancaq özünü pis hiss edən tələbəyə “yalandan edirsən” deyib günahlandırırlar, pul da qalır özlərinə. Tələbə məcbur olur öz puluna müalicə alsın. Etiraz edəni də bir bəhanə ilə çıxarırlar”.

Xanımın sözlərinə görə, ötən il noyabrın 30-da gecə tələbələri bayıra çıxarıb, mədrəsənin qapadıldığını deyiblər. Lakin dekabrın 1-də günorta yenidən mədrəsənin fəaliyyəti bərpa olunub: “Bir neçə dəfə polislər gəlib, mədrəsənin qanunsuz fəaliyyət göstərdiyini deyiblər. Rəhbərlik də bizə polisin telefon nömrəsini paylayıb, tapşırdı ki, valideynlərimiz zəng edib mədrəsənin bağlanmasına etiraz etsinlər”.

Araşdırma zamanı tələbələrə paylanmış nömrənin (0124373114) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məxsus olduğunu müəyyənləşdirdik.

Mədrəsədən narazı olanlar arasında haqsız yerə işdən çıxarıldığı bildirilən Rəna adlı müəllimə də var. Bu barədə mətbuata danışmaq istəməyən müəllimə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmək Müfəttişliyinə şikayət edib. O, ərizəsində 2015-ci ilə qədər həmin mədrəsə ilə müqaviləsinin olduğunu, işdən adı rəsmi müdir kimi qeyd olunmayan Məryəm Dəmir tərəfindən çıxarıldığını qeyd edib.

Mədrəsə rəhbərliyi danışmaq istəmir

Tələbələrin iradlarına aydınlıq gətirmək istəməyən Aynurə Məmmədova bizi mədrəsənin xalqla əlaqələr şöbəsinin rəhbəri Sevinc Aslanova və prorektor Gülnarə Həşimovaya yönləndirdi. Yalnız onu dedi ki, mədrəsənin lisenziya problemi var, Təhsil Nazirliyinə rəsmi müraciət olunub və artıq bu məsələ həll olunmaq üzrədir.

Hər iki xanımla görüşdük. Xanımlar suallarımızı cavablandırsalar da, bunun mədrəsə rəhbərliyinin mövqeyi kimi verilməsinin əleyhinə oldular və görüşün tanışlıq xarakteri daşıdığını söylədilər. S.Əsədova bizi mədrəsəyə dəvət etdi və xahiş etdi ki, tələbələrlə, müəllimlərlə görüşmədən narazıların fikirlərini işıqlandırmayaq: “Mədrəsədə 205 xanım təhsil alır. Onlardan 10 nəfərinin narazı olması böyük göstərici deyil. Əksinə onların fikri mədrəsə haqqında mənfi təsəvvür yarada bilər. Ona görə də siz mədrəsədə olmamış yazı yazmayın”.

Lakin sonradan əlaqə saxladıqda S.Əsədova mədrəsənin Qafqaz Müsəlmanları İdarəsinə məxsus olduğunu əsas gətirdi və yalnız qurumun rəsmi icazəsi olduqdan sonra bu təhsil müəssisəsinə gələ biləcəyimizi vurğuladı. QMİ-nin mətbuat xidməti isə mədrəsəyə getməyi məqsədəuyğun hesab etmədi və bizi qadın mədrəsələri üzrə məsul olan Qəmər Cavadlıya yönləndirdi. Q.Cavadlı da “deyilənlərin heç biri fakta söykənmir, hamısı dezinformasiyadır”- deməklə fikrini yekunlaşdırdı. Halbuki S.Əsədova və G.Həşimova görüşdə problemlərə müəyyən qədər aydınlıq gətirmişdilər. Məsələn, S.Əsədova müəllimənin işdən çıxmasını belə əsaslandırmışdı: “Həmin müəllimə tələbələrə şişirtmə qiymət verdiyinə görə cəzalandırılıb”. Şöbə rəhbəri məzhəblər arasındakı ayrıseçkiliyə və tələbələrin digər şikayətlərinə də aydınlıq gətirmişdi: “Sələfilər vəhhabilərdir. Dövlətimiz vəhhabilərə qarşı mübarizə aparır. Biz də dövlətimizin qoyduğu qanunlarla işləyirik. Kimin hansı məzhəbdən olması bizim üçün maraqlı deyil. Biz sadəcə vəhhabilərin üsulu ilə dərs keçmirik. Bu da onların xoşuna gəlmir. Ədəbiyyat, tarix və digər fənlər tədris olunur. Lakin biz əsasən Quranı öyrədirik. Kim tarixi mükəmməl bilmək istəyirsə, gedib tarix fakültəsində oxusun”.

Qeyd edək ki, tələbələr bizə müəllimləri ilə danışıqlarının audioyazısını təqdim edib. Həmin dialoqda müəllimlər tələbələrin söylədiyi faktları təsdiqləyiblər.

Mədrəsənin lisenziyası yoxdur

«Dini etiqad azadlığı haqqında» Qanunun 10-cu maddəsinə edilən dəyişikliklərdən sonra dini tədris müəssisələri Təhsil Nazirliyi tərəfindən verilən xüsusi lisenziya əsasında fəaliyyət göstərməlidirlər. Həmin qanuna edilən əlavə və dəyişikliklərdən öncə İslam Universiteti, mədrəsələr, digər dini tədris müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməklə  fəaliyyət göstərə bilirdilər. Lakin qanuna edilən yeni dəyişikliklərə uyğun olaraq dini tədris müəssisələri  yalnız Dövlət Komitəsində qeydiyyatdan keçmirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini G.İsmayılov mədrəsənin fəaliyyətinin qanunsuz olduğunu söylədi.

Təhsil Nazirliyinin akkreditə şöbəsindən isə bildirdilər ki, “Şəbnəm” mədrəsəsi lisenziya üçün onlara müraciət etməyib. A.Məmmədovadan fərqli olaraq, S.Əsədova nazirliyə şifahi müraciət etdiklərini dedi.

Məsələnin qəribəliyi isə ondadır ki, “Təhsil haqqında” qanun “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliyi təkzib edir. Yəni, “Təhsil haqqında” qanunun 2.3-cü maddəsində göstərilir: “Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, хarici dövlətlərin diplоmatik nümayəndəlikləri və kоnsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir”.

“Normativ hüquqi aktlar haqqında” qanunun 7-ci maddəsinə görə, normativ hüquqi aktların tətbiqi zamanı müxtəlif hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. Eyni hüquqi qüvvəyə malik olan normativ hüquqi aktlar arasında ziddiyyət olduqda isə daha sonra qüvvəyə minmiş normativ hüquqi akt tətbiq olunur.

“Təhsil haqqında” Qanun 2009-cu ilin 19 iyununda qüvvəyə minib, “Dini etiqad azadlığı haqqında” Qanuna isə əlavə və dəyişikliklər 21 iyul 2009 və 1 iyul 2011-ci illərdə edilib. “Normativ hüquqi aktlar haqqında” qanuna əsasən, «Dini etiqad azadlığı haqqında» Qanunda göstərilən maddələr tətbiq olunmalıdır. Maraqlıdır ki, müraciət etdiyimiz hüquqşünaslar bu halı anormal hesab etsələr də, konkret yol göstərə bilmədilər. Hüquqşünas İntiqam Əliyevin fikrincə, dövlət öz vətəndaşlarının vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qanunlar arasındakı bu uyğunsuzluğu aradan qaldırmağa çalışmalıdır.

Əlillər günündə özümə hədiyyəm
Əlilliyin nə demək olduğunu uşaqkən dərk etmişdim. Sinif yoldaşlarımın baxışından, qohumlarımın məni toyda oynadıb ağlamasından sezmişdim fərqliliyimi. Yadımdadır, bir dəfə sinfimizə maarifdən bir nəfər gəldi, uşaqların bəzisinə məktəbli forması payladı, mənə də bir ayaqqabı bağışladı. Sevinə-sevinə alıb evə gətirdim. Bunun mənə niyə verildiyinin səbəbini isə səhərisi gün – atam məktəbdə hay-küy salıb, ayaqqabıları direktorun üstünə atanda anladım. Əlil olduğum üçün mənə acıyıblarmış.

Qoltuq ağacları ilə məktəbə gedərdim. Sinif yoldaşlarım çantamı anamın əlindən almaq istəyəndə hirslənərdim. Mənə yazıqlarının gəlməsi qüruruma toxunardı. Ağır çantanı qoltuq ağacına söykəyib güclə də olsa sinifə özüm aparardım. Hər gün gizlincə güzgünün qarşısında gəzərdim, amma nədənsə əyri yeridiyimi heç görməzdim. Məndən balaca bacı-qardaşımdan necə yeridiyimi soruşardım hərdən, gülərdilər. Toxunardı mənə, amma hiss etdirməzdim.

Həyətimizdə boyük çinar ağacı vardı. Qanadları eyvanımızdan içəri girərdi. Yeganə dərd sirdaşım idi o. Kimsəyə bu haqda danışmazdım, yalnız ona tökərdim içimdəki küskünlüyü, qırıqlığı. Yadımdadır, bir dəfə ailəm məni qonşuda qoyub qonaq getdi. Mənə “uşaqları həkimə aparırıq” dedilər. O zamanlar qoltuq ağacları ilə gəzirdim. Həkimdən çox qorxardım, hər şeyə razı idim, təki həkimə getməyim.

Gecə çox gec gəldilər. Bacımdan öyrəndim, “Damcı bulaq” deyilən yerə gəzməyə getmişdilər. Hətta meşədən çiyələk də yığıb gətirmişdilər mənə. O gecə çox ağladım, amma bu göz yaşlarımı sevimli “dostum”dan başqa kimsə görmədi. Elə o an da çinarımın yanında özümə söz verdim, güclü, çox güclü olacam, yaxınlarım əlilliyimdən utanmayacaq, başqaları məni görüb qulağını çəkməyəcək, bir gün əlilliyimin arxasındakı MƏNİ də görən tapılacaq!

Məktəbi bitirəndə də yerimə qərarı ailəm vermək istədi. Mənə rahat olsun deyə Neft Akademiyasının nəzdindəki əlillər üçün təşkil olunmuş fakültədə oxumağımı istədilər. Amma istəmədim. Çünki xəyallarımda əlillərlə birgə həyat yox idi…

Zamanla ürəyini açanlar da oldu. Əliləm  deyə bu təkliflərə şükür etməyim gərəkirmiş sanki. Dil tökənlər rədd cavabı alan kimi əlilliyimi bayraq etdilər, başqalarının yanında kiçiltməyə çalışdılar məni. İş üçün üz tutduğum neçə qapıda öncə görkəmimi ikrahla süzdüklərini gördüm. Qohumlarım arasında məni bəyənməyib məclisinə dəvət etməyən də oldu, eşıtdim, susdum. Ürəyimdə sındım, həyatdan küsdüm. Neçə dəfə üzümü göyə tutub “mən sənə nə etmişdim belə yaratdın?” – deyə etiraz da etdim. Böyüdükcə komplekslərim də böyüdü. Bəzən metroda üzümə dikilən adi baxışın altında əzilib sonuncu stansiyaya qədər getdiyim zamanlar da oldu. İnsanlar məni bax beləcə kiçiltməyə, öz gözümdə heç etməyə çalışdılar. Amma olmadı…

Həyat məni əzdikcə, dirçəldim, yıxdılar, yenidən qalxdım. Mənə dodaq büzənlərə yazıq olmadığımı, nəyəsə yaradığımı sübut etməyə çalışdım. Hətta bəzən kobudcasına belə. Bacardım deyəsən… Çünki artıq kiminsə baxışlarından əzilmirəm, yerişimdən utanmıram. Artıq mənimlə hesablaşırlar, əziz qonaq kimi evin yuxarı başına keçirirlər. Bunlar məni sevindirirmi? Bilmirəm. Yalnız onu bilirəm ki, insan özünə güvəndisə, onu heç kim, heç nə əyə, sındıra biməz.

Artıq mənə əlilliklə bağlı çox şey gülməli, mənasız gəlir. Məsələn, indi çox məmur Heydər Əliyevin yolunu davam etdirərək, dekabrın 3-də əlilləri bayram münasibətilə təbrik edirlər. Sanki əlil olduğumuz üçün sevinirmişik kimi. Mənsə yalnız əylənirəm. Hətta bir dəfə redaktorlarımdan birinə zarafatla “bu gün əlillər günüdür, məni niyə təbrik etmirsiz?”-dedim. Ciddi qəbul edib mənə ətir hədiyyə etdi.

Dünənsə 70-80 yaşlarında, divardan tuta-tuta gedən bir qarı üzümə baxıb qulağını çəkdi. Aylar sonra bəlkə də ilk dəfə ürəkdən güldüm. O zaman da anladım ki, dərdlər də eyiblər kimidir, gülərək keçmək lazım…

Satanlar və satılanlar silsiləsindən…
KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfəril növbəti dəfə atalıq qayğısı göstərərək, oğlunu ödülləndirdi. Yəni ancaq qohum-əqrəbasının oxuduğu, oğluna məxsus  qəzetlərə – “Mövqe”yə 40 min, “Futbol+qol” qəzetinə isə 20 min manat vəsait ayırdı. Az qala bir həftə keçir, amma hələ də hamı, xüsusilə ölkənin aparıcı qəzetləri susur. Sanki nazirlərin, dövlət məmurlarının, iş adamlarının cibindəki pulu sayan bu qəzetlər dövlətin büdcəsindən ailə büdcəsi kimi istifadə edən Vüqar Səfərlini görmür. Qısası, hamısı fonddan  qazandığı 5-10 manatın kölgəsinə sığınıb. O fondu yaradanların, belə əhəmiyyətli bir qurumun başına qəzetsatanı qoyanların da məqsədi bu deyildimi? Çox yaxşı bilirdilər ki, Vüqar Səfərli əsl alverçilər kimi tərəziyə qoyduğu çəki daşının içini oyacaq, qazancını 5 qat çıxaracaq. Məsələn, ölkənin tirajlı qəzetlərindən sayılan “Bizim Yol”a 10 min manat verib, yazdıqlarını ancaq özləri oxuduğu “Mövqe” yə 40 min manat ayıracaq.

“Futbol+qol”dan isə heç danışmağa dəyməz. İdman mətbuatının ən zəif satılan qəzeti hesab olunur. Üstəlik qəzetdəki bütün məlumatlar müxtəlif saytlardan, əsasən də “APA-Sportdan” götürülüb istinadsız-filansız verilir. Yəni, oğurlanır.

İTVsayağı desək, Azərbaycan mediası bu haqsızlığa hələ də dözür.

Yaxşı, lap tutaq ki, “Mövqe”nin layihəsi əladır, bəs o Müşahidə Şurasında əyləşənlər görmürlərmi bu layihəni gerçəkləşdirəcək qəzetin barmaqla sayılacaq qədər oxucusu yoxdur? Axı şuranın sədri Ümid Rəhimoğlu Aydan gəlməyib, mətbuatın cikini də bilir, bikini də. Niyə öz bildiyinə yox, Vüqar Səfərliyə məxsus yayım firmasının verdiyi şişirtmə rəqəmlərə inanır? Yəni doğrudanmı digər şura üzvü, bir vaxtlar haqdan, ədalətdən dəm vuran Müşfiq Ələsgərli Həmkarlar İttifaqının işinin yalnız qrant almaqdan və xaricə səfər etməkdən ibarət olduğunu düşünür? Bəlkə Rəşad Məcid bilmir “Mövqe” adlı qəzetin yalnız kağız israf etməkdən başqa işi olmadığını? Yaxud da qəzetləri “reket” elan etməklə qorxudan Əflatun Amaşov bilmir adıçəkilən qəzetlərin heç bir mövqe, tiraj sahibi olmadığını?

Hamısı yaxşı bilir. Ancaq nə adını çəkdiklərim, nə də bu işdə əli olan digərləri şəxsi mənfəətindən keçib haqqın gözünə baxa bilmirlər. Heç birinin cəsarəti çatmır Vüqar Səfərliyə desin ki, bu, sənin şəxsi biznesin deyil, fondun şəffaflığının əsas şərtlərindən biri də odur ki, rəhbərlikdə təmsil olunan şəxsin yaxınları heç bir müsabiqədə, layihədə iştirak edə bilməzlər.

Deyək ki, qəzetlər, elə özlərini medianın sahibi elan edən bu şəxslər mədələrinin əsirinə çevriliblər. Məsələn, Rəşad Məcid bu sözü necə desin ki, özü Müşahidə Şurasında oturduğu halda qəzetinə 40 min manat ayrılır?

Bəs mətbuatı ictimai nəzarətdə saxlamağa bilavasitə borclu olan QHT-lər? Niyə heç biri bu məsələyə etiraz etmir? Niyə heç biri hər il layihə adıyla külli miqdarda pul alan bu qəzetlərin fəaliyyəti, reytinqi, dövriliyi ilə bağlı monitorinq aparıb sübut etmir ki, KİV-ə Dövlət Dəstəyi Fondu yarıtmaz iş görür? Axı bu təşkilatların işi Milli Mətbuat Günü ərəfəsində tədbirlər keçirib jurnalistlərin sosial vəziyyətindən, təşkilatlanmasından, qadın jurnalistlərin bir araya gəlməsindən və s. dəm vurmaq deyil. Axı mətbuatın xəstəliyi 5-10 jurnalisti hansısa özəl klinikada müayinə etdirməklə sağalmayacaq.

Vüqar Səfərli bir müddət əvvəl oğlunun elmi kitablardan köçürüb məqalə adıyla sırıdığı cızma-qarasına min manat verməklə mətbuatı dişinə vurdu. Gördü ki, heç kim səsini çıxarmır. Ona görə daha da ürəklənib iki qəzetinə birlikdə 60 min manat ayırdı. Heç olmasa bu dəfə ev almaq eşqində olan jurnalistlər səslərini çıxarsınlar. Yoxsa sonra gec olacaq, təməli Milli Mətbuat Günü atılacaq binanın bir neçə mənzilini də oğluna bağışlayacaq, yana-yana qalacaqlar.

İstəmədiyimiz söz azadlığı
27.01.2011/ abzas.net

http://abzas.net/?mod=news&act=view&nid=32073

Azərbaycanda söz azadlığı çoxdan qanına qəltan edilib. Özü də bizim  əlimizlə. Yəni jurnalistlərin. Əslinə baxsan, ölkədə söz azadlığının  boğulduğunu iddia edənlərin sayı da elə çox deyil, uzağı 20 nəfər.  Onların da sözünü saya salan yoxdur.

İttihamım ağır oldu, bilirəm. Amma bəlkə bir düşünək, hakimiyyət niyə  bizi eşitməz oldu? Niyə beynəlxalq aləmin bu qədər çağırışları, tövsiyə  və təhdidləri ölkə rəhbərliyindən heç kimin tükünü də tərpətmədi?

Səbəb çox sadə və anlaşıqlıdır; bizlərdən təpki görmədi. Təpki 3-4  jurnalistin əlinə plakat verib küçəyə çıxarmaq, qəzet səhifələrində söz  azadlığından dəm vurmaq deyil.

Oğulsan hakimiyyətin verdiyi ianələrin qarşısında davam gətir.

Kim gətirdi? Hansı qəzet bu neçə ildə bir dəfə olsun iqtidarın ayırdığı yardımdan imtina etdi?

Bəhanələri də tutarlı oldu: “Heç kim şəxsi cibindən pul vermir, büdcə  hamımızındır”. Nəticədə qəzetlərdə Elmar Hüseynovun qətli ilə bağlı  jurnalist yazılarının sayı azalmağa başlandı.

Yardımlar ilbəil artdıqca, qəzet səhifələrindən siyasi yükü olan  faktlar azaldı, həbslərin, təzyiqlərin sayı artdı. Qəzetlər yardıma  alışandan bu yana bir dəfə də olsun redaktorlar bir araya gəlib medianın  taleyi ilə bağlı qərar vermədilər. Heç biri müstəqil söz deməyi  bacarmadı.

Ötən il guya iqtidar alicənablıq göstərdi, jurnalistlərə ev  verəcəyini elan etdi. Dünyada ən utancverici hal kimi qarşılanan bu  olayı mediamız bəh-bəhlə təqdim etdi.

Hakimiyyətə eninə-uzununa döşəyən müxalifət qəzetinin yazarları faktı  pisləmək əvəzinə, “neçə ildir mətbuatdayam, hünərləri var mənə ev  verməsinlər, görsünlər neynirəm” təhdidi ilə çıxışa başladılar.

İnanıram nəsə edəcəklərinə, çünki söhbət şəxsi maraqlardan gedir.

Son nəticədə mətbuatın başına müsibətlər gətirən, ifadə azadlığını diri-diri məzara gömdürən İlham Əliyev dostumuz seçildi.

İndi də jurnalistləri pulsuz müayinə edirlər və bütün qəzetlər az qala bunu böyük şücaət kimi işıqlandırır.

Dostlarımın qəzet səhifəsindəki təşəkkür dolu çıxışlarını oxumasaydım  bu mövzuya heç toxunmayacaqdım da. Amma onlardan birinin “jurnalist  aztəminatlı təbəqədir, bu müayinələrə ehtiyacı var” deməsi məni təbdən  çıxardı. Bunu o şəxs deyib ki, hakimiyyəti ən çox tənqid edən jurnalist  kimi tanınır.

Bəli, jurnalistlər ölkənin aztəminatlı təbəqəsidir. Onun da sağlam  yaşamağa, normal qidalanmağa haqqı var. Amma gəlin düşünək, ölkədə  aztəminatlılar yalnız jurnalistlərdirmi? Orta təbəqə mövcud deyilsə,  deməli, harınlamış məmurlardan başqa hamı aztəminatlıdır də. Bizlərin  müəllimlərdən, mühəndislərdən, fəhlələrdən fərqimiz nədir?

Niyə məhz jurnalistlər pulsuz müayinə olunmalıdır, özü də hansısa  özəl tibb müəssisəsində? Bu müayinədən sonra jurnalist hansı mənəvi  haqla səhiyyədəki çatışmazlıqları qələmə alacaq? Pulsuz müayinə olunan  yazar günlərlə Səhiyyə Nazirliyinin qəbul şöbəsinə ayaq döyən vətəndaşın  gözünə necə baxacaq?

Özəl tibb müəssisəsinə müraciət edib pulsuz müayinə olunmaqla  həkimdən rüşvət almağın arasında hansı fərqin olduğunu mənə kim izah edə  bilər? Ölkədə dövlət xəstəxanalarında müayinə-müalicə pulsuzdur. Bir  dəfə də olsun vətəndaş kimi bu müəssisələrdə haqqınızı tələb  etmisinizmi?

Əgər haqsızamsa, buyurun, arqumentlərinizi göstərin. İzah edin ki,  jurnalistin pulsuz müayinəsinin təşkili, özü də məhz özəl tibb  müəssisəsində təşkili onların ələ alınması deyil. Yox, əgər bu,  qayğıdırsa, o zaman niyə məhz sizlər üçün nəzərdə tutulub? İndiyədək bu  özəl müəssisə hansısa bir iş gününü “aztəminatlı şəxslərin pulsuz  müayinəsi günü” kimi elan edibmi?

Sizin nə fikirləşdiyinizi bilmirəm, amma mənim düşüncəmə görə,  jurnalistin qayğısına qalan şəxs onun çalışdığı mətbu orqanın  müstəqilliyini təmin etməlidir, rəqabət mühitini, reklam bazarının  olması üçün şərait yaratmalıdır. Ev, maşın almaq istəyən jurnalistlər  üçün Kredit İttifaqının yaradılmasına imkan verilməlidir.

Yox, əgər bunu bacarmırsa, gücü ancaq öz təşkilatı çərçivəsində nəsə  etməyə yetirsə, o zaman tibbi sığorta məsələsini qabartsın, bunun həlli  istiqamətində hansısa addımlar atsın. Daha jurnalisti öz istəklərinə  alət etməsin.

Bu ölkədə hamı maşın, ev, sağlamlıq istəyir. Bəs azad söz necə, onu istəyən varmı? Təəssüflənməyə dəyər…

Mahir Rüstəmli və əxlaq
abzas.net/30.12.2010

Əxlaq və mənəviyyat bir-birinə bağlı, həm də fərqli anlayışlardır.

İnsanın mənəviyyatı ola bilər, amma əxlaqı yoxdursa, bu, işə yaramaz.

Əxlaqı olan insan daha mükəmməldir.

Nə yazıq ki, mətbuatımız da cəmiyyətimiz kimi gündən-günə “Lider”ləşir, mənəviyyatsızlaşır, əxlaqi dəyərlərini itirir.

Dekabrın 27-də daha bir qəzet əxlaqi dəyərlərə tüpürdü.

Ölkənin ən iri idman qəzeti hesab olunan “Futbol+”-dən danışıram.

Bu qəzetin böyüklüyü təkcə tirajı ilə deyil, həm də kadr potensialı ilə ölçülüb həmişə.

Ölkənin ən tanınmış idman yazarları “Futbol+”in şinelindən çıxıb.

Amma özünü, qələmini təsdiqləyən kimi baş götürüb qaçıb bu qəzetdən.

Qaçanların hamısı da eyni sözləri deyir:

Baş redaktor Mahir Rüstəmli daha çox yazarların haqqını kəsməkdə mahirdi.

Bir də heç cür “şinelindən”, yəni “Futbol+”dən çıxmış yazarın uğurunu həzm edə bilmir.

Ona görə də Mahir müəllimin çənbəri daralır, qəbul etmədiyi jurnalistlərin sayı günbəgün artır.

Etiraf edim ki, yazılarını bir dəfə də oxumamışam.

Amma haqqında “yaxşı qələmi var” kəlməsini də duymuşam.

Yaxşı qələm sahibinə hər zaman hörmətim var, bir şərtlə ki, yazdıqları əxlaqa və etik prinsiplərə söykənsin.

Nə yazıq ki, Mahir Rüstəmlinin imzasıyla oxuduğum yeganə  “Jurnalistika və həyat dərsi” adlı yazı bu insan haqqındakı bütün  fikirlərimi alt-üst etdi.

Baş redaktor öz səlahiyyətlərindən istifadə edib qəzetində ağzına gələni yazıb.

Hədəfi də özgəsi deyil, bacısı oğlu, “Komanda” qəzetinin baş redaktoru Rəşad Ergündür.

Rəşadın cəmi 28 yaşı var, Mahir müəllimsə 40-ı haqlayıb.

Belə demək mümkünsə, dayısı Rəşadın da müəllimi olub.

Adətən şagirdlərin naxələf çıxdığını deyirlər.

Bu dəfə əksinədir.

Mahir müəllim dayılığına tüpürüb, müəllimliyini zopaya çevirib, çırpıb Rəşadın başına.

Yazdıqlarından da açıq-aydın hiss olunur ki, Mahir Rütəmlini  qəzəbləndirib özündən çıxaran nə “Komanda”nın onları qabaqlayıb müsabiqə  keçirməsidir, nə də qəzetdəki hansısa yazı.

Mahir Rüstəmlini incidən odur ki, tələbəsi, dost-dogma bacısı oğlu Rəşad sürətlə irəliləyir.

Hətta ictimai nüfuzuna görə dayısını kölgədə qoyub.

Artıq gənc idman yazarları üçün Mahir Rüstəmli “Rəşadın dayısı”ndan başqa məna kəsb etmir.

Bəlkə də Rüstəmli bacısı oğluna həsr etdiyi yazıda özünü məhəllə  cayılı kimi yox, ziyalı kimi aparsaydı, mən də “ətlə-dırnağın arasına  girmək düzgün deyil”- deyib qohumların “razborka”sına baş qoşmazdım.

Ancaq illərin jurnalistinin, baş redaktorunun işlətdiyi ifadələr məni buna məcbur etdi.

Mahir Rüstəmli yazısında idman mətbuatında yeni qədəmlərini atan Günay Atəşinin də ünvanına təhqirlər yağdırıb.

Səbəbi də budur ki, jurnalist xanım öz köşələrinin birində “Komanda”  ilə “Futbol+”in çəkişməsini dovşanla tısbağanın yarışına bənzədib.

Yazıb ki, cəldliyinə güvənən dovşanın yuxulaması nəticəsində tısbağa yarışda ona qalib gəlir.

Xanımın köşəsində etik normaları aşan bir kəlmə də yoxdur.

Amma Mahir müəllim yazır: “Xanım dovşandan, tısbağadan, üzr  istəyirəm, yatmaqdan yazıb. Canım, nolub, yatmaqla bağlı problemin var?  Mən bilən qız uşağı hələm-hələm belə sözü dilinə gətirməz. Yox, yatmağa  ehtiyac duyursansa və bunu ictimai müzakirəyə çıxarırsansa, nə deyim?  Allah yetirsin!”

Bu, bir baş redaktorun yazısıdır.

Doğrudan da, hər kəs istənilən məsələyə öz əxlaq prizmasından – ailə  tərbiyəsindən, görüb-götürdüyündən, evindəkilərin, ətrafındakıların  rəftarından baxır.

Mahir Rüstəmlinin prizması da belədir.

Bu bir abzaslıq yazı onun səviyyəsini və çərçivəsini göstərir.

Əgər belə olmasaydı, cəmi 4-5 köşənin müəllifi illərin baş redaktorunu özündən çıxarmazdı.

Cavabını mən verirəm, cənab Rüstəmli!

Bəli, Günay Atəşinin yatmaqla bağlı problemi var.

Amma sizin düşündüyünüz anlamda deyil.

Düz 4 ildir ki, bu xanım yataq xəstəsidir, dörd divar arasında yaşam mübarizəsi aparır.

Onu yazmağa vadar edənsə peşəsi və istedadıdır.

Yoxsa əksəriyyəti kimi qəpik-quruşa əxlaqını, mənəviyyatını satmır.

Guya öz aləminizdə “yatmaq” sözünü “yataq”la əvəzləməklə qadın jurnalisti sındırmaq istəmisiz?

Alınmayıb.

Əksinə öz əxlaqınızı, mənəvi keyfiyyətinizi ortaya qoymusunuz.

Qadını sındırmağın yolunu yataqdan danışmaqda görən kişi gərək onu da  anlasın ki, başqasının xanımı haqqında söz deyənin şalvarını başına  ləçək bağlayarlar.

Qısası, bilmirəm, tanımadığınız bir xanım haqqında ağzınıza gələni  yazandan sonra evinizə gedib, xanımınızın üzünə necə baxmısız.

Ancaq bu yazdıqlarımı oxuyandan sonra ətrafınızdakı qadınların, əxlaqlı kişilərin sizə necə baxacağını indidən təsəvvür edirəm.

Hətta indi anladım ki, Azərbaycanda qadın jurnalistlərin idman mətbuatına maraq göstərməməsinin səbəbi elə mahir rüstəmlilərdir.

Əgər Rüstəmlinin anasından, bacısından heç nə ilə geridə qalmayan  Günay Atəşin idman qəzetinin baş redaktorunun imzasıyla yatağa  çağrılırsa, görün stadiona gedən xanımlar hansı münasibətlə qarşılaşar!

Qaldı jurnalist etika və normalarına, qiymətli vaxtımdan ayırıb sizə dərs deyə bilərəm.

Yetər ki, “Futbol+”i “Lider”in davamçısına çevirməyin!

“RUH”un qayıdışı…
Düz 8 ildən sonra “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi  yenidən “jurnalistlərin dostu” mükafatını bərpa etmək qərarına gəldi.

Qurumun son mükafatı 2002-ci ildə mərhum prezident Heydər Əliyevə verilmişdi.

O təqdimetmə mərasimi indiki kimi yadımdadı, “Hyatt Regency” otelində keçirilirdi.

Heydər Əliyevi yaxından görmək üçün lap qabaqda dayanmışdım.

Kişi sapsarı idi, qulaq tərəfi lap saralmışdı.

Yanımda dayanan həmkarıma (indi hakimiyyətə çalışan xanımlardandı  deyə adını çəkib çörəyinə bais olmaq istəmirəm) dedim ki, deyəsən kişi  yol üstündədi, gedir.

“Sussss” deyib qolumdan çimdik almaq istədi, əlinə ət gəlmədiyindən  sümüyümü necə sıxdısa, hələ də yadıma düşəndə yeri sızıldayır.

Bilmirəm proqnozum özünü doğrultdu, ya “RUH”un mükafatı düşmədi, kişi, doğrudan da, getdi.

Elə bu gedişi ilə də “RUH”-u necə ruhdan saldısa, düz 8 il özünə gələ bilmədi.

İllər ötdü, təşkilatın sədri Əflatun Amaşovun əvvəl vəzifəsi dəyişdi,  kreslosu böyüdü, sonra binası yekəldi, daha sonra özünün el arasında  “mətbuat naziri” imicini yaratdı.

Amma elə şeylər var ki, onu Mətbuat Şurasının nizamnaməsinə soxuşdurub həyata keçirmək olmur.

Ona görə də belə qurumlar köməyə çatır.

Axı, hazırkı rəhbəri başqa adam olsa da, “RUH” yenə Amaşovun hesab olunur.

Guya bu qurum jurnalistlərin müdafiəsi ilə məşğuldu. İndiyədək kimi müdafiə edib?

Bəlkə mən düz eləmirəm, bu cür təşkilata ləkə yaxıram? Bilən varsa, desin, biz də öyrənək.

Tanıdığımdan bəri elə onu bilirəm ki, jurnalistlərə dost axtarır.

Maşallah, hər dəfə də elə adamı dost seçir ki, uzun-uzadı düşünürəm; əgər bu adam dostumuzdursa, onda düşmənimiz kimdir?

8 illik ayrılıqdan sonra yenidən zühur edən “RUH”un sorğusu  nəticəsində öyrəndik ki, sən demə, ən yaxın dostumuz İlham Əliyev imiş.

Heç təəccüblənmədim də.

Nə olsun onun hakimiyyətinin sayəsində jurnalistlərin yarısı mühacirətdə, yarısı qazamatdadı.

Hətta torpaq altına göndəriləni də var.

Əsas odur ki, dövlət başçısının imzaladığı fərmanlarla bəzisi əməkdar oldu, bəzisi də ev almaq eşqinə düşdü.

Dünya əvəz-əvəz dünyasıdır axı, layiq olmadığın halda əməkdar  jurnalist olmusansa, onda zəhmət çəkib İlham Əliyevi də özünə dost  seçməlisən.

Yəqin gələn il də dostumuz Əli Həsənov olacaq.

Çünki Vüqar Səfərlinin sözlərinə inansaq, mirzələrimiz Bibiheybətdə tikiləcək mənzillərə 2011-ci ildə köçə biləcək.

Orderlər isə məhz cənab Həsənovun xeyr-duası ilə veriləcək. Bəri başdan yaxın dostum Əli müəllimi təbrik edirəm.

Sonda bir ideyanı da irəli sürməkdən özümü saxlaya bilmirəm; mənə elə  gəlir “RUH” mükafatın əsasnaməsində qeyd etsin ki, bu mükafat ancaq adı  və ya soyadı “Əli” olanlara verilir.

Öz evində girov olanlar…
10.12.2010. “Bizim Yol” qəzeti

Zorakılığın daha bir üzü: Qadınların iqtisadi cəhətdən asılılığı ciddi fəsadlara yol açır

Gülbikə Nəbiyeva tibb bacısıdır. 11  illik iş təcrübəsi var. Dediyinə görə, aylıq məvacibə yalnız qol çəkir,  bəhrəsini isə görmür: “Ailə quranda tibb texnikumunun son kursunda idim.  Həyat yoldaşımn köməkliyi ilə özümə iş tapa bildim. İlk vaxtlar  büdcəmiz eyni olsun deyə məvacibimi ona verirdim. Sonradan gördüm ki, öz  pulumu belə ondan icazəsiz xərcləyə bilmirəm. Əgər hansısa gün maaşı  alıb özümə bir cüt corab alsam, həmin gün evdə dava düşər. Gərək pulu  son qəpiyinə qədər ona verib, sonra icazə ilə nəsə alım. Buna görə də  məcburam xəstələrin etdiyi “hörməti” gizlədib, ehtiyacıma xərcləyim.  Qohum-əqrəbası, dostları onun səxavətliyindən dəm vurur. Nədənsə hamı bu  səxavəti görür, bir ailəsindən başqa. Hansı gün maaşımdan götürmək  istədiyimi desəm, “daha işləmə, sənin işləməyin mənə lazım deyil”-deyib  əl-qolumu bağlayır”.

Ailə mədəniyyətinin aşağı olması problemlərə yol açır

Bu  cür misallar minlərlədir. Qadını özündən asılı vəziyyətdə saxlamaq, onu  şəxsi “mülk”ünə çevirmək nə yazıq ki, Azərbaycan reallığında mövcuddur.  Ölkədə kişilərin böyük əksəriyyəti qadını hansısa yolla özündən asılı  vəziyyətə salır, ailə zorakılığına məruz qoyur.  Düzdür, bu gün iqtisadi  asılılıq kişilərdə də müşahidə olunur. Əgər kişi iş tapa bilmirsə və  ailədə yalnız qadın çalışırsa, o zaman kişi iqtisadi baxımdan asılı  vəziyyətə düşür. Bu tendensiya getdikcə artmağa başlasa da, hələlik  narahatlıq yarada biləcək səviyyədə deyil.

Ümumiyyətlə, ailə  zorakılığı fiziki, cinsi zorakılıq, iqtisadi nəzarət və psixoloji hücuma  şamil edilə bilər. Belə hallar yaxınlıq münasibətləri zamanı baş  verdiyinə görə təhqirin bir çox növləri adətən zorakılıq kimi qəbul  olunmur. Ailə zorakılığına səbəb maddi, və psixoloji asılılıq, erkən  nikahlar, qadınların öz hüquqlarını bilməməsi və ailə mədəniyyətinin  aşağı olmasıdır. Xüsusən bölgələrdə qadınlar iqtisadi zorakılığa məruz  qalırlar.

İqtisadi zorakılıq – iqtisadi şantaj, ailənin gəlirlərinə nəzarət  məqsədilə qadının qazandığı pulların əlindən alınması və sairdir.  Düzdür, iqtisadi zorakılıq fiziki zədə ilə nəticələnmir, lakin bu  zorakının qurbanına psixoloji zədə yetirir. Hökm və nəzarət sonradan  qeyri-fiziki təhqiredici və məcburedici davranışla möhkəmləndirilir.

Təhsil hüququ tanınmır

Araşdırmalar göstərir ki, qadınların erkən nikaha cəlb edilməsi,  təhsil hüququnun tanınmaması onların iqtisadi zorakılığa məruz qalmasına  gətirib çıxarır. Ötən il Quba rayonunda zorla ərə verilən 15 yaşlı qız  toy günü intihar etməklə bu problemi yenidən qabartdı. “Azadlıq” Radiosu  bu faktdan sonra erkən nikahlarla bağlı maraqlı araşdırma apardı.

Bu  məsələdə ən diqqət çəkən məqamlardan biri də odur ki, təhsil  müəssisələri qızların məktəbdən ayrılıb ərə verilməsinə müdaxilə etmir.  Halbuki orta təhsil məcburidir və qanun erkən nikahı yasaqlayır. Amma  elə Quba rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov “Azadlıq”  Radiosuna deyir ki, bu, ailədaxili məsələdir və heç kim qarışa bilməz:  “Camaatın öz işidir.

15 yaşında qızın ərə getməsi öz istəyidir,  anasının, atasının istəyidir. Mən bunun qabağını ala bilmərəm. Müsəlman  ölkələrində, bizdə belə bir ənənə var də, valideyn, qız istədi, biz onun  qabağını ala bilmirik ki…”

Bəs erkən nikahlarla bağlı məktəbdə  profilaktik tədbirlər aparılırmı? Süleyman Aslanov hesab edir ki, belə  söhbətlər aparmaq onun işi deyil, onun fikrincə, doqquzuncu sinfi  bitirən və təhsilini davam etdirmək istəməyən azyaşlı qızların ərə  verilməsi təhsildən yayınmaq deyil, qızların hüququdur.

Parlamentdə  15 yaşlı qızın intiharından söz açan millət vəkili Rəbiyyət Aslanova  deyib ki, əvvəllər belə bir hadisə olsaydı, həmin rayonun rəhbərliyi  işdən çıxarılardı.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova  deyir ki, onlar doqquz ildir erkən nikahın fəsadları barədə yerlərdə  maarifləndirici işlər aparırlar, amma hələ də bu problem öz aktuallığını  itirmir, hətta erkən nikahların sayı azalmaq əvəzinə, artır: “Məktəbdə  təkcə elmlər öyrədilməməlidir. Məktəb həm də uşağı tərbiyə edir. Əgər  müəllim görürsə ki, qız şagird dərsə gəlmir, bunu araşdırmalıdır.  Nişanlanmaq qanunla qadağan deyil, amma məktəb valideynlə söhbət apara  bilər, ona xəbərdarlıq edə bilər ki, erkən nikah olarsa, hüquq-mühafizə  orqanına müraciət edəcək. Qıza başa salınmalıdır ki, əgər oxumazsa,  iş-güc sahibi də ola bilməyəcək. Bu da sonda onun kişidən, ailədən asılı  vəziyyətə salacaq”.

M.Əzizova deyir ki, mərkəz azyaşlıların  məktəbdən yayındırılaraq ərə verilməsilə bağlı  monitorinq keçirib: “Xüsusilə bölgələrdə maddi təminatı az olan ailələr qızlarını erkən  ərə verməkdə maraqlıdırlar. Belə hadisələrə bütün rayonlarda rast  gəlinib. Valideynlərlə aparılan söhbət zamanı əksəriyyət iqtisadi  çətinliyi əsas gətirib. 250-dən artıq sorğu iştirakçısının 45 faizi  qızların erkən ərə verilməsinə haqq qazandırıb. Erkən ailə quranların 55  faizi ailə zorakılığı ilə üzləşir və nəticədə ayrılırlar. Lakin  nikahları olmadığından əmlakdan məhrum edilirlər. Buna görə də  yeniyetmələrin əksəriyyəti fahişəlik etməklə dolanmağa məcbur olurlar”.

«Qadınlar  Vətəndaş Cəmiyyətində» Təşkilatının sədri Gülnarə Həsənova da  apardıqları araşdırmalardan danışıb: «Azyaşlı qızların erkən ərə  verilməsi halları artıb. Bu, xüsusən qərb bölgəsindəki Daşkəsən, Tovuz  və Şəmkir rayonlarında geniş vüsət alıb. Bu sahədə valideynlərlə yanaşı  ictimaiyyət, xüsusilə məktəb direktorları günahkardır. Belə ki, Ailə  Məcəlləsində nikaha daxil olmaq üçün ən azı 17 yaş həddi müəyyənləşsə də  son vaxtlar 13-14 yaşında olan qızların ailə qurması halları artıb.  Araşdırmalardan görünür ki, sözügedən rayonların əksər məktəblərində  14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da  nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı  qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə  qərar verə bilmir. Acınacaqlıdır ki, bu halı məktəb rəhbərliyi bilsə də  mübarizə aparmır».

Qanuna ümid var…

BMT- nin baş katibi Pan Gi Mun 25 noyabr tarixini qadınlara qarşı  zorakılığın aradan qaldırılma günü elan edib. BMT-nin Əhali Fondunun  məlumatına görə, bütün dünya üzrə ölüm halları arasında zorakılıqdan  qadın ölümü 10-cu sıradadır.

Azərbaycan 2006-ci ildə AŞ-nın  qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulub.  Milli Məclis isə 2008-ci ildə “ Məişət zorakılığına qarşı mübarizə  haqqında” qanun layihəsini müzakirəyə çıxarsa da, yalnız 2010-cu ildə  qanun qəbul edilib.  Qanunun qəbulunu əngəlləyən əsas səbəblər arasında  da Milli Məclisdə kişi deputatların çoxluğudur. Qeyd etmək lazımdır ki,  BMT bir neçə il əvvəl qadınlara qarşı zorakılıq əleyhinə kampaniyaya  başlayıb. BMT-nin hesablamaları göstərir ki, dünyada hər üç qadından  biri zorakılığa məruz qalır. Qurumun təmsilçilərinin fikrincə, bu  problemin həllində ən yaxşı yol cəmiyyətin maariflənməsidir. Hazırda  Azərbaycanda qadınların zorakılığa məruz qaldığı yüzlərlə belə ailəni  nümunə çəkmək olar. UNİCEF -in zorakılığa məruz qalan uşaq və qadınlara  aid son hesabatına görə, Azərbaycanda 15-49 yaş arasındakı hər 10  kişidən 6-sı qadınlara əl qaldırılmasına haqq qazandırır. Ailə  zorakılığı həm ailədə, həm də cəmiyyətdə müşahidə və əsaslandırma yolu  ilə öyrənilmiş davranışdır. Bunun səbəbi nə genetika, nə də xəstəliklə  bağlı deyil. Ailə zorakılığı onu törədənə öz qurbanı üzərində hədə qorxu  ilə idarəetmə qüvvəsinə yiyələnməyə imkan verir.

Qəzetlər nədən yazır?

Azərbaycan Gender İnformasiya Mərkəzi qəzetlərə əsasən tədqiqat  aparıb. Tədqiqatda göstərilir ki, konteksdə fiziki zorakılığa həsr  edilmiş məqalələr 22,8 faiz təşkil edir. Məqalələrin yarıdan çoxu  psixoloji və iqtisadi zorakılığa həsr edilib. Bu faizlər Azərbaycanda  zorakılıq növlərinin obyektiv vəziyyətini əks etdirir ki, onları da  aşağıdakı kimi təqdim etmək olar: Fiziki -34,96%, seksual -30,89%,  psixoloji -14,63%, iqtisadi -19,51%.

Qəzet məqalələrinin təhlili  göstərir ki, 18 yaşa qədər qadın qrupu ən çox fiziki, daha sonra isə  seksual zorakılığa məruz qalır. Bu yaşda olan qurbanlar iqtisadi  zorakılığa çox az məruz qalırlar, çünki qadınlar hələ müstəqillik əldə  etməyiblər. 35 yaşdan 54 yaşa qədər zorakılığın bütün növləri kifayət  qədər bərabər nisbətdə iştirak edir. Bu qrupda ən kiçik say psixoloji  zorakılığın payına düşür. Bu, onu göstərir ki, qadınlar psixoloji  zorakılığa müqavimət göstərmək iqtidarındadırlar. Məqalələrdə qrup  şəkilli zorakılıq, qarət, döyülmə kimi mövzulara toxunulmur. Belə  faktlara Azərbaycanda çox nadir hallarda rast gəlmək olur, bu da milli  mentallıqla izah olunur. 55 yaşdan yuxarı qadınlara qarşı fiziki  zorakılığın faizi müqayisədə azlıq təşkil edir, cəmi 8,33 faiz. Bu,  Şərqdə yaşlı adamlara ənənəvi hörmət və ehtiramdan irəli gəlir.  Psixoloji zorakılıq özünü 0-18 yaş qrupunda göstərir, belə ki,  valideynlər və böyük qardaşlar kiçik və gənc qızlara müəyyən geyim və  davranış formalarını qadağan edə bilərlər. Bu psixoloji hədələr çox  hallarda fiziki zorakılıqla müşahidə olunur. İqtisadi zorakılıq özünü  əsasən 35-54 və 55 və daha artıq yaş qruplarında göstərir.

Bir qayda  olaraq, zor işlədən tanış olur. Sevgili tərəfindən zorakılıq ancaq  fiziki və iqtisadi zorakılıq növlərində müşahidə olunur. Azərbaycanlı  qadınlar sevgililərinin törətdiyi qanun pozuntuları haqda polisə məlumat  verməyə meyilli deyillər. Ona görə də qurbanların tam sayını  dəqiqləşdirmək mümkün olmur. Amma bu faktdır ki, keçmiş ərlər fiziki  zorakılığa, bəzən isə qurbanın pulunu və zinət əşyalarını əlindən  alaraq, iqtisadi zorakılığa əl atırlar. Bəzən keçmiş ərlər ölüm hadisəsi  törədirlər, lakin çox hallarda cinayəti real ərlər törədərək,  zorakılığı ailə həyatının formasına çevirirlər.

Mütəxəssislər düşünür ki…

Filosof Ağalar Məmmədov da Azərbaycan ailələrində geniş yayılmış  problem kimi maddi müstəqilliyin olmamasını göstərir. Onun fikrincə,  maddi müstəqilliyin olmaması hətta ailəni qoruyub saxlayan amil hesab  oluna bilər. Yəni, qadının maddi təminatı olarsa, daha çox ailələr  dağılar. Uşaqların qazanc yerinin olmaması isə valideynlərin onların  üzərində avtoritar şəkildə hegemon olması ilə nəticələnir: “Yoxsul gənc  müstəqil qərar verə bilmir, valideynləri onun yerinə qərar verir. Gəncin  hər şeyini valideyn seçir və son nəticədə o, vətəndaş ola bilmir”.

D.Əliyeva  adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu  da ailələrin əsas probleminin iqtisadi durumu ilə bağlı olduğu  qənaətindədir.  “Qaynar.info” saytna verdiyi açıqlamasında hüquq  müdafiəçisi deyir ki, maddi imkanın olmaması qadını cəmiyyətdən və  ailədən asılı vəziyyətə qoyur.

14 saylı Hüquq Məsləhətxanasının  vəkili Dilarə Əfrasiyabova isə fərqli düşünür: “İmkanlı ailələrdə  zorakılıq ruslar demişkən, “podumannıy” olur. Burada qadınların şıltaq  davranışı konflikt yaradır. Qadın deyir, mən bu rəng kürkü istəmirəm,  başqa rəng istəyirəm və s. Adam var ki, imkanlıdır, ancaq işə gedəndə  evdə 30 qəpik yol pulu qoyur. Qadının tələbatı var, evə lazım olan  şeylər olur, ala bilmir. Buradan da problemlər yaranır. Bu problem  təhsildə də özünü göstərir. Kişi var ki, özü yeyir-içir, dostları ilə  vaxtını keçirir, digər qadın olur həyatında… Bunu da həm iqtisadi, həm  seksual, psixoloji zorakılıqlara aid etmək olar”.

Psixoloq Azad  İsizadə də düşünür ki, iqtisadi zorakılıq zamanı kişi çox qazanır və  qadını özündən asılı edir: “Heç nə bərabər bölünmür. Kişi düşünmür ki,  qadının onun evində bütün işləri görməsi onun çalışmasına dəstəkdir.  Bunun sayəsində gedib rahat işləyə bilər. Buna görə onların əmlakı  bərabər bölünməlidir. İqtisadi zorakılıqla bərabər kişi qadını həm də  psixoloji zorakılığa məruz qoyur: “Səni mən saxlayıram, səni boşayaram,  səni atanın evinə qaytararam və s.” bu kimi ifadələrlə. Bunlar adətən  boşanma zamanı səslənmir, ancaq boşanmaya səbəb olan amildir”.