AynuR ElgünəŞ

Yanvar 25, 2012

«Şəbnəm» mədrəsəsinin gizlinləri

“Bizim Yol” qəzeti, 25.01.2012

Qaranlıqdakı ziya və ya dövlət qurumları təhsil müəssisəsinin qanunsuz fəaliyyətinə niyə göz yumur?

“Biz dini təhsil almaq üçün gəldik, əvəzində psixoloji travma aldıq”. Bu sözləri Badamdar qəsəbəsində yerləşən “Şəbnəm” mədrəsəsində təhsil almış Təhminə Ağayeva (ad şərtidir) deyir.

Mədrəsədə yaşadığı həyat bu hicablı xanımın əsəblərini pozub, özünə qapanmasına səbəb olub. İntihara cəhd etmiş bu xanım hazırda psixoloq yanında müalicə olunur: “Mədrəsədə təhsil 2 ildir. Başqaları kimi mən də bura oxumağa gələndə elə bilirdim ki, təhsilimi başa vurub mədrəsədə, ya da hansısa məsciddə işləyəcəm. Ancaq adamım yoxdur deyə məni işə götürmədilər. Mədrəsənin əsas rəhbəri Türkiyə vətəndaşı Məryəm Dəmirdir. Ancaq sənədlərdə Aynurə Məmmədovanın adı gedir. Yalnız yoxlama gələndə Aynurə Məmmədova (İslamur hoca kimi tanınır) ortaya çıxır. Mədrəsədə o qədər haqsızlıqlar, qanunsuzluqlar baş verir ki, bütün uşaqlar cana doyub. Amma bunun qarşısını alan yoxdur. Bizi hədələyib deyirlər ki, onsuz da şikayətinizə baxan olmayacaq, heç kim bizi qoyub, sizə inanmaz”. (davamı…)

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.