AynuR ElgünəŞ

İyul 2, 2011

Satanlar və satılanlar silsiləsindən…

KİV-ə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfəril növbəti dəfə atalıq qayğısı göstərərək, oğlunu ödülləndirdi. Yəni ancaq qohum-əqrəbasının oxuduğu, oğluna məxsus  qəzetlərə – “Mövqe”yə 40 min, “Futbol+qol” qəzetinə isə 20 min manat vəsait ayırdı. Az qala bir həftə keçir, amma hələ də hamı, xüsusilə ölkənin aparıcı qəzetləri susur. Sanki nazirlərin, dövlət məmurlarının, iş adamlarının cibindəki pulu sayan bu qəzetlər dövlətin büdcəsindən ailə büdcəsi kimi istifadə edən Vüqar Səfərlini görmür. Qısası, hamısı fonddan  qazandığı 5-10 manatın kölgəsinə sığınıb. O fondu yaradanların, belə əhəmiyyətli bir qurumun başına qəzetsatanı qoyanların da məqsədi bu deyildimi? Çox yaxşı bilirdilər ki, Vüqar Səfərli əsl alverçilər kimi tərəziyə qoyduğu çəki daşının içini oyacaq, qazancını 5 qat çıxaracaq. Məsələn, ölkənin tirajlı qəzetlərindən sayılan “Bizim Yol”a 10 min manat verib, yazdıqlarını ancaq özləri oxuduğu “Mövqe” yə 40 min manat ayıracaq.

“Futbol+qol”dan isə heç danışmağa dəyməz. İdman mətbuatının ən zəif satılan qəzeti hesab olunur. Üstəlik qəzetdəki bütün məlumatlar müxtəlif saytlardan, əsasən də “APA-Sportdan” götürülüb istinadsız-filansız verilir. Yəni, oğurlanır.

İTVsayağı desək, Azərbaycan mediası bu haqsızlığa hələ də dözür.

Yaxşı, lap tutaq ki, “Mövqe”nin layihəsi əladır, bəs o Müşahidə Şurasında əyləşənlər görmürlərmi bu layihəni gerçəkləşdirəcək qəzetin barmaqla sayılacaq qədər oxucusu yoxdur? Axı şuranın sədri Ümid Rəhimoğlu Aydan gəlməyib, mətbuatın cikini də bilir, bikini də. Niyə öz bildiyinə yox, Vüqar Səfərliyə məxsus yayım firmasının verdiyi şişirtmə rəqəmlərə inanır? Yəni doğrudanmı digər şura üzvü, bir vaxtlar haqdan, ədalətdən dəm vuran Müşfiq Ələsgərli Həmkarlar İttifaqının işinin yalnız qrant almaqdan və xaricə səfər etməkdən ibarət olduğunu düşünür? Bəlkə Rəşad Məcid bilmir “Mövqe” adlı qəzetin yalnız kağız israf etməkdən başqa işi olmadığını? Yaxud da qəzetləri “reket” elan etməklə qorxudan Əflatun Amaşov bilmir adıçəkilən qəzetlərin heç bir mövqe, tiraj sahibi olmadığını?

Hamısı yaxşı bilir. Ancaq nə adını çəkdiklərim, nə də bu işdə əli olan digərləri şəxsi mənfəətindən keçib haqqın gözünə baxa bilmirlər. Heç birinin cəsarəti çatmır Vüqar Səfərliyə desin ki, bu, sənin şəxsi biznesin deyil, fondun şəffaflığının əsas şərtlərindən biri də odur ki, rəhbərlikdə təmsil olunan şəxsin yaxınları heç bir müsabiqədə, layihədə iştirak edə bilməzlər.

Deyək ki, qəzetlər, elə özlərini medianın sahibi elan edən bu şəxslər mədələrinin əsirinə çevriliblər. Məsələn, Rəşad Məcid bu sözü necə desin ki, özü Müşahidə Şurasında oturduğu halda qəzetinə 40 min manat ayrılır?

Bəs mətbuatı ictimai nəzarətdə saxlamağa bilavasitə borclu olan QHT-lər? Niyə heç biri bu məsələyə etiraz etmir? Niyə heç biri hər il layihə adıyla külli miqdarda pul alan bu qəzetlərin fəaliyyəti, reytinqi, dövriliyi ilə bağlı monitorinq aparıb sübut etmir ki, KİV-ə Dövlət Dəstəyi Fondu yarıtmaz iş görür? Axı bu təşkilatların işi Milli Mətbuat Günü ərəfəsində tədbirlər keçirib jurnalistlərin sosial vəziyyətindən, təşkilatlanmasından, qadın jurnalistlərin bir araya gəlməsindən və s. dəm vurmaq deyil. Axı mətbuatın xəstəliyi 5-10 jurnalisti hansısa özəl klinikada müayinə etdirməklə sağalmayacaq.

Vüqar Səfərli bir müddət əvvəl oğlunun elmi kitablardan köçürüb məqalə adıyla sırıdığı cızma-qarasına min manat verməklə mətbuatı dişinə vurdu. Gördü ki, heç kim səsini çıxarmır. Ona görə daha da ürəklənib iki qəzetinə birlikdə 60 min manat ayırdı. Heç olmasa bu dəfə ev almaq eşqində olan jurnalistlər səslərini çıxarsınlar. Yoxsa sonra gec olacaq, təməli Milli Mətbuat Günü atılacaq binanın bir neçə mənzilini də oğluna bağışlayacaq, yana-yana qalacaqlar.

1 şərh »

  1. Aynur, xanim eşq olsun. Əlavə şərhə ehtiyac yoxdur məncə.
    Bir də azercellin pulu ilə gedib Antaliyada 1 həftə dincələn sonra da demokratiya deyə boğazlarını cıran baş redaktorlar var. Adlarının qabağına da böyük hərflə jurnalist yazırlar.

    Comment by Emil Bağırov — İyul 31, 2011 @ 10:03 pm | Reply


Bu yazının şərhləri üçün RSS bəsləyicisi. TrackBack URI

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.