27.01.2011/ abzas.net
http://abzas.net/?mod=news&act=view&nid=32073
Azərbaycanda söz azadlığı çoxdan qanına qəltan edilib. Özü də bizim əlimizlə. Yəni jurnalistlərin. Əslinə baxsan, ölkədə söz azadlığının boğulduğunu iddia edənlərin sayı da elə çox deyil, uzağı 20 nəfər. Onların da sözünü saya salan yoxdur.
İttihamım ağır oldu, bilirəm. Amma bəlkə bir düşünək, hakimiyyət niyə bizi eşitməz oldu? Niyə beynəlxalq aləmin bu qədər çağırışları, tövsiyə və təhdidləri ölkə rəhbərliyindən heç kimin tükünü də tərpətmədi?
Səbəb çox sadə və anlaşıqlıdır; bizlərdən təpki görmədi. Təpki 3-4 jurnalistin əlinə plakat verib küçəyə çıxarmaq, qəzet səhifələrində söz azadlığından dəm vurmaq deyil. (davamı…)