AynuR ElgünəŞ

Yanvar 30, 2011

İstəmədiyimiz söz azadlığı

Filed under: MEDİA — aynurelgunesh @ 6:14 pm
Tags: , , ,

27.01.2011/ abzas.net

http://abzas.net/?mod=news&act=view&nid=32073

Azərbaycanda söz azadlığı çoxdan qanına qəltan edilib. Özü də bizim əlimizlə. Yəni jurnalistlərin. Əslinə baxsan, ölkədə söz azadlığının boğulduğunu iddia edənlərin sayı da elə çox deyil, uzağı 20 nəfər. Onların da sözünü saya salan yoxdur.

İttihamım ağır oldu, bilirəm. Amma bəlkə bir düşünək, hakimiyyət niyə bizi eşitməz oldu? Niyə beynəlxalq aləmin bu qədər çağırışları, tövsiyə və təhdidləri ölkə rəhbərliyindən heç kimin tükünü də tərpətmədi?

Səbəb çox sadə və anlaşıqlıdır; bizlərdən təpki görmədi. Təpki 3-4 jurnalistin əlinə plakat verib küçəyə çıxarmaq, qəzet səhifələrində söz azadlığından dəm vurmaq deyil. (davamı…)

Yanvar 10, 2011

Mahir Rüstəmli və əxlaq

Filed under: MEDİA — aynurelgunesh @ 7:56 am
Tags: , , , ,

abzas.net/30.12.2010

Əxlaq və mənəviyyat bir-birinə bağlı, həm də fərqli anlayışlardır.

İnsanın mənəviyyatı ola bilər, amma əxlaqı yoxdursa, bu, işə yaramaz.

Əxlaqı olan insan daha mükəmməldir.

Nə yazıq ki, mətbuatımız da cəmiyyətimiz kimi gündən-günə “Lider”ləşir, mənəviyyatsızlaşır, əxlaqi dəyərlərini itirir.

Dekabrın 27-də daha bir qəzet əxlaqi dəyərlərə tüpürdü.

Ölkənin ən iri idman qəzeti hesab olunan “Futbol+”-dən danışıram.

Bu qəzetin böyüklüyü təkcə tirajı ilə deyil, həm də kadr potensialı ilə ölçülüb həmişə. (davamı…)

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.