AynuR ElgünəŞ

Dekabr 25, 2010

“RUH”un qayıdışı…

Filed under: KÖŞƏ — aynurelgunesh @ 1:29 pm
Tags: , , , ,

Düz 8 ildən sonra “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi yenidən “jurnalistlərin dostu” mükafatını bərpa etmək qərarına gəldi.

Qurumun son mükafatı 2002-ci ildə mərhum prezident Heydər Əliyevə verilmişdi.

O təqdimetmə mərasimi indiki kimi yadımdadı, “Hyatt Regency” otelində keçirilirdi.

Heydər Əliyevi yaxından görmək üçün lap qabaqda dayanmışdım. (davamı…)

Dekabr 10, 2010

Öz evində girov olanlar…

10.12.2010. “Bizim Yol” qəzeti

Zorakılığın daha bir üzü: Qadınların iqtisadi cəhətdən asılılığı ciddi fəsadlara yol açır

Gülbikə Nəbiyeva tibb bacısıdır. 11 illik iş təcrübəsi var. Dediyinə görə, aylıq məvacibə yalnız qol çəkir, bəhrəsini isə görmür: “Ailə quranda tibb texnikumunun son kursunda idim. Həyat yoldaşımn köməkliyi ilə özümə iş tapa bildim. İlk vaxtlar büdcəmiz eyni olsun deyə məvacibimi ona verirdim. Sonradan gördüm ki, öz pulumu belə ondan icazəsiz xərcləyə bilmirəm. Əgər hansısa gün maaşı alıb özümə bir cüt corab alsam, həmin gün evdə dava düşər. Gərək pulu son qəpiyinə qədər ona verib, sonra icazə ilə nəsə alım. Buna görə də məcburam xəstələrin etdiyi “hörməti” gizlədib, ehtiyacıma xərcləyim. Qohum-əqrəbası, dostları onun səxavətliyindən dəm vurur. Nədənsə hamı bu səxavəti görür, bir ailəsindən başqa. Hansı gün maaşımdan götürmək istədiyimi desəm, “daha işləmə, sənin işləməyin mənə lazım deyil”-deyib əl-qolumu bağlayır”.
(davamı…)

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.