04.11.2010 “Bizim Yol” qəzeti
http://bizimyol.az/?mod=news&act=view&nid=42403
…Bəri başdan deyim ki, şou-biznes aləmi ilə uzaqdan-yaxından əlaqəm yoxdu. Heç gündəmə yeni gələn müğənnilərin əksəriyyətini tanımıram. Oxuduqları mahnıları da avtobuslarda məcburi dinləyirəm.
Əslinə baxsanız onlara qarşı marağımın olmamasının da səbəbləri var. Çünki zamanla tədbirlərdə mədəniyyət işçilərinin əslində hansı mədəniyyətin sahibi olduqlarını çox görmüşəm. Bu gün onlardan deyil, onlarla işləyən jurnalistlərdən danışmaq istəyirəm. Həmkarlarım inciməsinlər, maqazin xəbərçiliyi ilə məşğul olan əksər jurnalistlərin də xarakteri şou əhlinin rəftarına uyğunlaşıb. “Təki efirə çıxıb kiminsə ünvanına nəsə deyim” prinsipi ilə gözlərini yumub, ağızlarını açırlar. Onlara elə gəlir ki, əgər qarşısındakı müğənnidirsə, onun ünvanına istədiklərini deyə bilərlər. Zamanla bunu Turan İbrahimov adlı namizəd-jurnalistin rəftarında görürdük, sonra Zaur Baxşəliyev bu yolu tutdu.
Ümumiyyətlə, telekanalların maqazin xəbərçiləri tamaşaçının rəyini nəzərə almır. Ucuz şou şəxsi həyat toxunulmazlığı, mənəvi-əxlaqi dəyərləri artıq arxa plana atıb. Səbəb aydındır, ictimai rəy yoxdur. Hamı başını aşağı salıb, kobud səslənsə də, “qarnını otarmaqla” məşğuldur. (davamı…)