AynuR ElgünəŞ

Mart 30, 2009

Turan İbrahimov söylədiklərini danır

Filed under: MEDİA, SOSIAL — aynurelgunesh @ 12:27 pm
Tags: , , ,

tvm2dorhAparıcı xalqdan üzr istəmək əvəzinə, bizi sifarişlə yazmaqda ittiham edir

Qəzetimizin ötən sayında «Lider» telekanalında yayımlanan «Əyri-düz» verilişinin aparıcısı Turan İbrahimovun bölgələr arasında ayrı-seçkilik saldığı barədə məlumat vermişdik. Qeyd etmişdik ki, aparıcı müğənni Natəvan Həbibiyə «Get Gədəbəydən, ya da Qazaxın kəndindən oğlan tapıb gətir əhliləşdir, sonra da onunla ailə qur» deməklə bu bölgədən olan insanları təhqir edib.

Onu da vurğulamışdıq ki, izahlı lüğətdə «əhliləşdirmək» sözü heyvanlara şamil edilir və bu, təhqirdir. Həmçinin veriliş efirə iki dəfə verilməsinə baxmayaraq, bu fikir montaj olunmayıb.
Dünən teleaparıcı «Lent.az»a açıqlamasında yazıya münasibət bildirib: “Əvvəla, mən Qərbi Azərbaycan bölgəsindənəm, atam da əslən Qazaxdandır. Əgər mən onları təhqir edirəmsə, ilk əvvəl atamı təhqir etmiş oluram. Yazılan fikirlər ya kiminsə təxəyyülünün məhsulu, ya da sifarişli yazıdır. Veriliş efirə birinci dəfə getmirdi. Düz bir ay bundan əvvəl efirə gedən verilişin təkrarı idi. Niyə məhz bu gün yazı yazmaq fikrinə düşdülər?”
Turan İbrahimov məqalənin sifarişli olduğunu başqa bir faktın da sübut etdiyini bildirir. Onun fikrincə, “fikrin montaj edilməməsi, olduğu kimi efirə verilməsi isə kanal rəhbərliyinin əyalət adamlarına yuxarıdan aşağı baxmasının göstəricisi kimi də qəbul oluna bilər” ifadəsi yazının sifarişli olduğunu sübut edir.
Əvvəla, aparıcının diqqətinə çatdıraq ki, verilişin nə vaxt hazırlanması və efirə verilməsi önəmli deyil. Biz «Əyri-düz»ün təkrarını ötən həftə izləmişik və deyilən fikirlərin təhqir olduğunu oxucularımızın diqqətinə çatdırmışıq. Bu, heç də bizim təxəyyülümüzün məhsulu deyil, efirdə olduğunu unudaraq, danışığına fikir verməyən T.İbrahimovun işlətdiyi ifadədir. Digər tərəfdən, əgər yazıda fikir «fikrin olduğu kimi efirə verilməsi kanal rəhbərliyinin əyalət adamlarına yuxarıdan aşağı baxmasının göstəricisidir» kimi getsəydi, o zaman hörmətli aparıcı bizi sifarişli yazı yazmaqda ittiham edə bilərdi. Yaxşı olardı ki, T.İbrahimov irad bildirmək əvəzinə, öz çıxışlarına diqqət yetirsin və milyonlarla insanın ona tamaşa etdiyini unutmasın.
Yeri gəlmişkən, onu da qeyd edək ki, yazının yalnız bizim qəzetdə işıqlandırılmasına baxmayaraq, «Lent.az» portalı «Bizim Yol»a istinad etməyib. Halbuki bu portalın mənsub olduğu agentliyin rəhbərliyi daim qəzetlərlə istinad davası aparır. Bu, həm də bir peşə etikasıdır və biz də qarşı tərəfdən bunu umuruq.

Şərhlər »

  1. turan kimdir ki,ona meqale yazib vaxt itirirsiniz. ona, yeni baxan var ki?:) yaziq millet gor ne gune qalib…

    Comment by kamran — Aprel 2, 2009 @ 4:50 pm | Reply

  2. Bir anliq ele hiss etdim ki,”Gundelik Azerbaycan” qezetinde sizin kowe yazinizi oxuyuram.Hemiweki kimi yaxwi yazidir.Bu gun telekanallarimizda jurnalist etikasindan uzaq aparicilar coxluq tewkil edir.Heyf ki, sizin kimi lurnalistler teqiblerle uzlewir, Turan kimiler ise…Bele bir movzuya toxundugunuz ucun sag olun!

    Comment by Guler NJM — Aprel 9, 2009 @ 7:52 am | Reply

  3. Turanla bagli yazinizi oxudum.Eslinde onun tez-tez kimi ise tehqir etmesinin sahidi oldugum ucun sizi destekleyirem.Ela!

    Comment by Elnur — Aprel 9, 2009 @ 12:38 pm | Reply

    • Haminiza teshekkur edirem. Kamran bey demishken, Turan heqiqeten de deyersiz aparicidir, ona gore de nese yazmaga luzum gormurem. Isterdim ki, siz diger yazilarima sherh veresiniz ve daha cox sehvlerimi sadalayasiz.

      Comment by aynurelgunesh — Aprel 9, 2009 @ 1:00 pm | Reply

  4. Turan dindar adam olsa da,efirda bazi sahvlara yol verirdi.Bela danishiglar ALLAHA xosh getmazdi.Baxmirdi kishidi,qadindi;tahqiramiz danishirdi.

    Comment by sara — Oktyabr 5, 2009 @ 11:19 pm | Reply

  5. salam turani cox beyenirik sozun duzunu deyir muqqenniller oyrenib ki ancaq terif esitsinler o da kim necedir onu deyirb yeri gelmisken gunebaxan verlisini de beyenirik

    Comment by dadash — Oktyabr 17, 2009 @ 5:57 am | Reply

  6. Turan dindar oglandir buna sozum yox o cox vaxt kobud danishir ve en esasida ozunu hamidan agilli ve duz hesab edir amma unudur ki qelb qirmaq gunahdir… men onun verlishlerine baxirdim orda qonagi azer star Arzum idi ona ele sozler dediki qiz agladi uzr istemek evezine gulurdu… duzdu o qizi men de beyenmirem amma bele hereket etmek olmaz ne bilim…

    Comment by Nuka — Oktyabr 28, 2009 @ 11:28 am | Reply


Bu yazının şərhləri üçün RSS bəsləyicisi. TrackBack URI

Şərh yazın

Blog at WordPress.com.