AynuR ElgünəŞ

Mart 30, 2009

Turan İbrahimov söylədiklərini danır

Filed under: MEDİA,SOSIAL — aynurelgunesh @ 12:27 pm
Tags: , , ,

tvm2dorhAparıcı xalqdan üzr istəmək əvəzinə, bizi sifarişlə yazmaqda ittiham edir

Qəzetimizin ötən sayında «Lider» telekanalında yayımlanan «Əyri-düz» verilişinin aparıcısı Turan İbrahimovun bölgələr arasında ayrı-seçkilik saldığı barədə məlumat vermişdik. Qeyd etmişdik ki, aparıcı müğənni Natəvan Həbibiyə «Get Gədəbəydən, ya da Qazaxın kəndindən oğlan tapıb gətir əhliləşdir, sonra da onunla ailə qur» deməklə bu bölgədən olan insanları təhqir edib. (davamı…)

Qızıldaşla bağlı məlumatlar öz təsdiqini tapdı

trtgoeqoBakı Şəhər Polis İdarəsi qəsəbəni ciddi nəzarətə götürüb

Qəzetimizin ötən saylarında «Qızıldaşın aşkar gizlinləri» adlı məqalə dərc olunub. Yazıda ətrafında xeyli xoşagəlməz məlumatlar dolaşan Qızıldaş qəsəbəsindəki peşə məktəbində aparılan monitorinqdən, onun yataqxanasında yaşayan yetim uşaqlardan və qəsəbə sakinlərinin onlara münasibətindən söz açılıb.Qeyd edək ki, Uşaq Zorakılığına Qarşı Monitorinq Qrupu üzvləri ilə Bakı şəhər İcra Hakimiyyəti Aparatı yanında Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi Komissiyasının üzvü Teymur Rza da monitorinqdə iştirak edib. Təəssüratlarını bizimlə bölüşən T.Rzanın fikrincə, peşə məktəbi ətrafında dolaşan söz-söhbətin əksəriyyəti öz təsdiqini tapdı: «Hələ ötən ildən bu peşə məktəbi ilə bağlı xoşagəlməz məlumatlar daxil olurdu.

(davamı…)

Qızıldaşın aşkar… gizlinləri

Filed under: SOSIAL,SƏHİYYƏ,tƏHSİL — aynurelgunesh @ 12:22 pm
Tags: , , , , ,

2vv9aa25Qəsəbə sakinləri burdakı peşə məktəbi tələbələrinin əlindən dad çəkir

Uzun zamandan bəri ətrafında xeyli söz-söhbət dolaşan Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki peşə məktəbinə nəhayət, biz də gedib çıxa bildik. Daha doğrusu, sözügedən məktəbdə monitorinq aparmaq üçün Təhsil Nazirliyinə rəsmi müraciət etsək də, sorğumuza cavab verən olmadı. Biz də – yəni Uşaq Zorakılığına Qarşı Monitorinq Qrupu – Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Yanında Yetkinlik Yaşına Çatmayanlarla İş və Hüquqlarının Müdafiəsi Komitəsinə üz tutduq. Bu dəfə istəyimiz alındı. Qurumun üzvü Teymur Rza və Azərbaycan Uşaq Fondunun Bakı şəhər şöbəsinin sədr müavini Nigar Hüseyn ilə birgə yollandıq Qızıldaşa.
Təhsil Nazirliyi çıxış yolu tapıb
Hələ öncədən öyrəndik ki, Şüvəlandakı 1 saylı internat məktəbində təhsil almış Firuzə Əsgərovanın peşə məktəbi ilə bağlı verdiyi açıqlamalardan sonra Təhsil Nazirliyi adıçəkilən tədris müəssisəsində yoxlamalar aparıb və hər iki məktəbin direktorlarını işdən çıxarmaqla məsələni birdəfəlik qapatmaq qərarına gəlib. Görünür elə bu səbəbdən də nazirlik monitorinq qrupunun səfərini yeni rəhbərliyin dövrünə planlaşdırır. Hətta deyilənə görə, martın 11-dən etibarən yeni direktor işə başlayacaq. (davamı…)

Təhsil Nazirliyi internatla bağlı araşdırmalara başladı

Filed under: MEDİA,SOSIAL — aynurelgunesh @ 12:20 pm
Tags: , ,

Füruzə Əsgərova sözünün üstündə durdu

Məlum olduğu kimi, Şüvəlandakı 1 saylı internat məktəbində yaşamış Füruzə Əsgərovanın açıqlamalarına həm səlahiyyətli orqanlar, həm də ictimai birliklər ciddi reaksiya verib.

Artıq bu istiqamətdə yeni təşkilat da yaradılıb. Belə ki, Helisinki Vətəndaş Assambleyasının Uşaq Komissiyası, Azərbaycan Uşaqlar Birliyi, «Birliyə Doğru» Əlil və Kimsəsiz Uşaqlar Birliyi, «Dalğa» Gənclər Hərəkatı, Niderland Jurnalistika Məktəbi Məzunları Şəbəkəsi (AzNAN) və müxtəlif qəzetlərdə çalışan jurnalistlərdən ibarət Uşaq Zorakılığına Qarşı Monitorinq Qrupu təsis edildi. Yeni qurumun yaradılmasında məqsəd uşaq zorakılığına qarşı birgə mübarizə aparmaqdır. Qrup gələn həftə keçirilməsi nəzərdə tutulan ilk iclasından sonra internat məktəblərində, uşaq evlərində monitorinq aparacaq, küçə uşaqlarının vəziyyəti ilə maraqlanacaq. Hüquq-mühafizə orqanları ilə birgə əməliyyatlar da keçirməyi planlaşdıran MQ ictimai əsaslarla fəaliyyət göstərəcək və yalnız uşaq hüquqlarının qorunması ilə məşğul olacaq. Qeyd edək ki, təşəbbüs qrupunun iclasında F.Əsgərova da iştirak edib. (davamı…)

«İşgəncə yuvası»ndan reportaj

Filed under: SOSIAL,SƏHİYYƏ,tƏHSİL — aynurelgunesh @ 12:20 pm
Tags: ,

1 saylı internatın direktoru Füruzə Əsgərovanı oğru, yalançı adlandırdı

Rəhbərlik uşaqları və müəllimləri yaxşı təlimatlandırmışdı: biz heç nə soruşmadan hamısı Füruzəni pisləməyə başladı

İnternat məktəbində vərəmli uşaqlar var

Şüvəlandakı 1 saylı internat məktəbində nə baş verir? Bu məktəbdə böyümüş Firuzə Əsgərovanın tükürpədici açıqlamaları bu gün hər kəsin diqqətini sözügedən təhsil ocağına yönəldib. Elə biz də Azərbaycan Uşaqlar Birliyinin sədri və «Olaylar» İnformasiya Agentliyinin əməkdaşı ilə birgə «yüz eşitməkdənsə, bir görmək yaxşıdır» deyib üz tutduq 1 saylı internat məktəbinə. (davamı…)

İnternatdakı işgəncələrlə bağlı araşdırmalar başladı

Filed under: SOSIAL,SƏHİYYƏ,tƏHSİL — aynurelgunesh @ 12:19 pm
Tags: , ,

7upikq0fBaş prokuror Zakir Qaralov «Bizim Yol»un yazdıqlarını araşdırmaq haqda xüsusi göstəriş verdi

Firuzə Əsgərova prokurorluğa ifadəsində yeni faktlar açıqladı

«Bizim Yol»un dünənki sayında «İnternatda müəllim yeniyetmə qızı zorlayıb» başlıqlı araşdırma yazı dərc olunmuşdu. Şüvəlanda yerləşən 1 saylı internat məktəbdən himayə götürlmüş 16 yaşlı Firuzə Ələkbərovanın məktəbdəki vəziyyətlə bağlı söylədikləri əsasında hazırlanmış məqalə ölkədə geniş rezanons doğurdu.
Dünən baş prokuror Zakir Qaralovun qəzetimizdəki yazıda göstərilən faktların araşdırılması ilə bağlı xüsusi göstəriş verəndən sonra Əzizbəyov rayon prokurorluğunda araşdırmalar başlanıb. (davamı…)

Theme: Rubric. Blog at WordPress.com.

Follow

Get every new post delivered to your Inbox.