Dekabr 20, 2008
Dekabr 18, 2008
Saxtakarların mükafatlandırılması
Parlament seçkilərində saxtakarlıq edənlərin cəzalandırılması doğrudurmu?
(Araşdırma Elmar Hüseynov Fondunun maliyyə dəstəyi ilə aparılıb )
Bu il seçki ilidir. Deməli, hakimiyyətdən narazı qüvvələrin demokratik yolla uğur qazanması üçün növbəti şans yaranıb. Amma vətəndaş cəmiyyəti üzvlərinin və siyasi partiyaların fəaliyyətini nəzərə almasaq, əhali arasında canlanma o qədər də müşahidə olunmur. Hətta tez-tez «onsuz da «qutu»dan kimin çıxacağı indidən bəllidir, vaxt itirib səsverməyə getməyə dəyməz» kimi fikirlər də səsləndirilir. Belə düşünənləri qınamağa da dəyməz, çünki ötən seçkilərin acı təcrübəsi mövcuddur.
Təcrübədən danışmışkən, Mərkəzi Seçki Komissiyası 2005-ci ilin parlament seçkiləri zamanı bir neçə Dairə Seçki Komissiyasının nəticələrini ləğv etdi və səbəb kimi də göstərildi ki, guya həmin komissiyalarda saxtakarlıq edilib, qanun pozuntularına yol verilib. Komissiya sədrlərinin cinayət məsuliyyətinə cəlb olunmaları bir yana, hakimiyyət ATƏT, Avropa Şurası kimi mötəbər qurumlara təqdim etdikləri hesabatlarda da bu faktı qabartmağa çalışdı və nəticədə beynəlxalq aləmdə müəyyən təsəvvürlər yaratmağa nail oldu. Bəs görəsən həbs olunmuş DSK sədrlərinin sonrakı taleyi necə oldu? Əməllərinə görə çəkdikləri cəza növbəti seçkidə saxtakarlıq etmək istəyənləri qorxuya sala biləcəkmi? 2008-ci il üçün aktual olduğundan bu məsələni araşdırmaq qərarına gəldik. (davamı…)
Dekabr 17, 2008
“GÜNDƏLİK AZƏRBAYCAN”çılar MÜHACİRƏT ÜÇÜN SƏFİRLİKLƏRƏ MÜRACİƏT ETDİ
Jurnalistlər həmçinin öz müraciətlərində bildirib ki, “bütün dünya dövlətlərinin önəm verdikləri insan hüquq və azadlıqlarının hər addımda kobud surətdə pozulması bizim bir jurnalist kimi bundan sonra Azərbaycanda yaşayıb, fəaliyyət göstərməyimizi mümkünsüz edir. Bütün sadaladığımız faktları nəzərə alaraq, təmsil etdiyiniz qurumların və ölkələrin rəhbərliklərinə durumumuzun son dərəcə ağır olmasını, hazırkı təhlükəli şəraitdə Azərbaycanda yaşayıb-işləməyimizin mümkünsüzlüyünü nəzərə alaraq, bizə siyasi sığınacaq verilməsi məsələsinə baxmaqlarını xahiş edirik”. Müraciəti qəzetin əksər əməkdaşları imzalayıb. İndiki mərhələdə adı siyahıda olan jurnalistlərin sayı 14 nəfərdir: Xalid Kazımlı, Üzeyir Cəfərov, Azər Hüseynbala, Nemət Hüseynli, Natiq Cavadlı, Aynur Elgünəş, Zamin Hacı, Samir Kazımlı, Ceyhun Nağı, Qabil Zimistanoğlu, Famil Cəfərli, Kamran Kamaloğlu, Səlim Əzizoğlu və Elşən Məmmədəliyev. Amma həmkarlarımız siyahının artacağını da istisna etmir.
Xatırladaq ki, dünən deputat Rəbiyyət Aslanova BBC radiosuna açıqlamasında bu olaya münasibət bildirib. “Öz xalqına, millətinə xidmət etmək istəyən jurnalist Azərbaycanda olmalıdır” deyən R.Aslanova daha sonra belə deyib: “Yox, əgər getmək istəyirlərsə, qoy getsinlər, lap yaxşı, yaxşı yol”.
Ü.Cəfərov R.Aslanovanın oğlunun Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin köməkçisi olduğunu xatırladaraq, bu səbəbdən onun açıqlamasını “anlayışla” qarşıladığını dedi: “Bu siyahıda olanlar Azərbaycan üçün kifayət qədər işlər görmüş, imzaları tanınan şəxslərdir. Biz nəyə görə bu ölkəni tərk etməli və Azərbaycanın adı qara siyahılarda olmalıdır? YAP özünə o qədər arxayındırsa, bu qəzetlərin bağlanmasına nə ehtiyac vardı? Sərbəst şəkildə şərait yaratmaq olardı ki, həm seçki keçirilsin, həm də qəzetlər fəaliyyət göstərsin. İqtidarda təmsil olunanlar Azərbaycanı biabır etmək üçün yarışa giriblər. Bu müraciət bizə qarşı olan haqsızlığa etiraz formasıdır. Rəsmilər başa düşməlidirlər ki, biz Bakıda da, Kanadada da öz fikirlərimizi yaza bilərik. Azərbaycanda yazdıqlarımızı on minlərlə insan oxuyursa, xarici ölkədə yazdıqlarımızı on milyonlarla insan oxuyacaq”.
Ü.Cəfərov dedi ki, E.Fətullayevin kollektivin bu qərarından xəbəri olub-olmadığını bilmir. “Biz Eynulla bəyi atmırıq” deyən müsahibimiz baş redaktoru sona qədər müdafiə edəcəklərini vurğuladı.
Qəzetin şef redaktoru Şahvələd Çobanoğlu isə mühacirət qərarının fərdi olduğunu bildirdi: “Bu qərarın verilməsini kollektiv olaraq müzakirə etməmişik. Açığı, mən mühacirətə getmək ovqatına qarşıyam. Fikirləşirəm ki, Azərbaycanın özünü arzuladığımız xarici ölkələrə çevirməli, bütün hallarda bu ölkədə qalmalı, yaşamalıyıq”.
Sevinc TELMANQIZI
BİZ KÖLƏ OLMAYACAĞIQ!
| 02.04.2008 | Fontu böyüt: |
Zahid SƏFƏROĞLU
Aclıq aksiyasının 8-ci günüdür. Bu müddətdə bizi yoluxan, bizlə sözdə və işdə həmrəy olan bütün insanlara, ictimai-siyasi xadimlərə və hüquq müdafiəçilərinə, aclıq odasına baş çəkmək imkanı olmayan, lakin qəlbi bizlərlə döyünən mühacir soydaşlarımıza təşəkkür edirik. Aksiyanı diqqətdə saxlayan həmkarlarımıza isə məxsusi minnətdarlıq düşür.
Amma bizləri vaxtilə aclıq etdiyi dövrdə papağından pryanik çıxan doktor Hayderlə müqayisə edən həmkarlarımıza, aksiyanı pəhrizlə eyniləşdirən insanlara (görəsən, çəkisi cəmi 42 kilo olan Aynur Elgünəşin pəhriz nəyinə lazım?) və aksiyaya real dəstək verməyən siyasətçilərə də “Allah bağışlasın” deyirik. İstənilən halda, yəni etiraz tədbirinin nəticəsindən asılı olmayaraq, bu, bir acı gerçəklikdir ki, Azərbaycanda insan haqlarının, ilk növbədə söz və ifadə azadlıqlarının durumu böhranlıdır. Şəksiz, bunu bizə dəstək verənlər də, aksiyaya dodaq büzüb onu aşağılamağa çalışan bədxahlarımız da əla bilir. Bununla belə, hədəfimiz yenə aksiyanın əhəmiyyətinə kölgə salanlar da daxil, hamının hüquqlarıdır. Çünki Azərbaycanda fikir azadlığı boğulan yerdə İlqar Məmmədovun politoloqluğu da heç kimə lazım olmayacaq. Motiv bu dərəcədə sadə. Bu mənada aksiya mənəviyyatlı insanlar və yalançı demoqoqlar üçün növbəti, yaxşı bir test oldu, lakmus kağızına çevrildi. Söhbət həmçinin nüfuzlu beynəlxalq təşkilatlarda və özünü insan haqlarının qarantı sayan bəzi aparıcı ölkələrin siyasi rəhbərliklərində kök salmış demokratiya-neft alverçilərindən gedir. Ancaq şəxsən məni ən çox təəccübləndirən aksiyadan reportaj hazırlayan həmkarlarımızın (“Azadlıq” radiosu, Bi-Bi-Ci, “Amerikanın səsi”, eləcə də qəzetlər, agentliklər) aşağıdakı sual oldu: “Bununla nəyəsə nail olacağınıza inanırsızmı?” Açığı, hələ Heydər Əliyev dönəmindən (1998) belə aksiyalara vaxtaşırı qoşulan şəxs kimi sual məni sıxdı. Demək, İlham Əliyev hakimiyyətinin siyasəti öz işini görüb – proses pisləşməkdə davam edib və sabaha ümidsizlik hətta öncül təbəqə sayılan, ictimai rəyi formalaşdıran medianı da sarıb. Təhlükəli sindromdur. Çünki inam ölən yerdə hər şey bitir, o cümlədən dövlətçilik də. Əlbəttə, hələ tarixdə olmayıb ki, azadlıq(lar) kiməsə məcməyidə bağışlansın. Azadlıq alınır! Amma hədəfə inamsız çatmaq qeyri-mümkündür. Təbii, aksiyamızın məqsədi rejimi dəyişmək deyil. Bu, imkanımız xaricindədir. Ancaq media bu işi görməli olan cəmiyyətə zəruri impuslar verə, onu ayılda bilər. Bax, ona görə rejim azad sözdən çəkinir. Əmin olun, bu hakimiyyət məhz ÖZÜNƏ İNAMLI xalqdan qorxur. İmpuls imkanları isə hələ qalır. Söz düşmüşkən, bu günlərdə hörmətli həmkarlarımdan biri məndən soruşdu ki, “siz həm yazırsız, həm də aclıq edirsiz. Yəni buna qüvvəniz necə çatır?” Bəli, çatır. Çünki biz mümkün olanı da, olmayanı da edirik ki, ölkə fəlakətə tuş gəlməsin. Gücü verən isə nə qədər şablon səslənsə də, xalqa inamdır. Biz öz dimdiyində su gətirib alovun üstünə tökən qaranquş təki görəvimizi yerinə yetiririk. Ölkədə isə 8 milyon “qaranquş” var. Anlaşıldımı? Dünən Avropa Şurasının baş katibinin Bakıdakı xüsusi nümayəndəsi ilə görüşdə bir daha əmin oldum ki, nicat burada, xalqın öz əlindədir. Deyirlər, qul öz qul vəziyyətilə barışıbsa, o, elə quldur. Yox, köləlikdən qurtulmaq uğrunda çarpışırsa – inqilabçı. Biz aksiyamızla bir daha anlatmaq istəyirik ki, qul deyilik və olmayacağıq. Biz insanıq! Əfsus ki, Azərbaycandakı quldar hakimiyyətin kursu məhz insanlarımızı zombiyə, köləyə çevirməyi hədəf götürüb. Xalqı kölə olan dövlət güclü ola bilməz! Biz buna qarşıyıq və olacağıq… Bu arada YAP təmsilçilərindən olan Aydın Mirzəzadə aksiya ilə bağlı bəyan edib ki, jurnalistlər siyasətlə məşğul olur. Guya siyasətçilərə ölkədə normal şərait yaratdılar, qaldı jurnalistlər. O biri yandan biz niyə aclıq edirik ki? Aclıq edirik ki, ölkədə aclar olmasın, milli gəlirlər ədalətli bölünsün, insanlar haqsız yerə türmədə çürüdülməsin, günahsızlar “içəri”də, günahkarlar isə çöldə (o cümlədən hakimiyyətdə, vəzifədə) sərbəst oturub cinayət əməllərini davam etdirməsinlər. Ölkə açıq tipli həbsxanaya çevrilməsin, məhkəmələr müstəqil, hakimiyyətlər legitim olsun, qanunlar işləsin. Vətəndaşların, iş adamlarının, müxalifətçilərin başı üzərində daim siyasi məhbus kabusu dolaşmasın. Məhbəsdəki jurnalistlərin sayına görə Azərbaycan dünya lideri olmasın, əksinə, söz sahibinə, hörmət edilən nüfuzlu dövlətə çevrilsin. Qarabağ illər uzunu işğalda qalmasın, korrupsiya-rüşvət dövlət siyasətinə, demokratiya demaqogiya vasitəsinə çevrilməsin, xalqın sərvətləri talanmasın və s. İndi əgər bu, siyasətdisə, biz onu davam etdirəcəyik! |
AQİL XƏLİLİN DOSTU NƏ DEYİB?
| 10.04.2008 [10:46] | Fontu böyüt: |
185 Qarabağ qazisini aldadıblar
“Bizim Yol” 19 -11 -2008 . 
Onlara bir neçə ay öncə paylanan torpaq sahələri üstündə qarşıdurma başlayıb
Artıq adətkardayıq, hər seçkiöncəsi vədlər verilir, seçki başa çatan kimi deyilən sözlər də unudulur. Bu dəfə aldadılanlar sırasında 185 nəfər Qarabağ qazisi də var.
Məsələ bundadır ki, hələ 4-5 ay öncə Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları Birliyinin Suraxanı rayon şöbəsi həmin ərazidə yaşayan 185 Qarabağ qazisinə 2.5-3 sot torpaq veriləcəyini vəd edib və Hövsan qəsəbəsinin Dədə Qorqud adlanan ərazisində onlara yer də göstərilib. Püşkatma yolu ilə ərazi qazilər arasında bölüşdürülüb və hər birindən sənədləşdirmə üçün 500 manat pul alınıb. Qaziləri inandırmaq üçün onlara hətta bu qərarın verildiyi iclasın protokolu da paylanılıb.
«Birliyin torpağını heç kimə paylamaq olmaz»
Elə hər şey də bununla bitib. Əvvəlcə prezident seçkilərini bəhanə gətirən Birliyin Surxanı rayon şöbəsi indi odla-su arasında qalıb. Belə ki, şöbə torpaqların qazilərə verildiyini iddia etsə də, birlik rəhbərliyi belə bir qərarın olmadığını deyir.
Məsələ ilə bağlı birliyin sədri Mehdi Mehdiyevlə əlaqə saxladıq. Qazilərə torpaq sahələrinin paylanması ilə bağlı məlumata malik olduğunu deyən sədr bunu qanunsuzluq adlandırdı: «Bütün bu işləri bizim birliyin Suraxanı rayon şöbəsinn keçmiş sədri Oqtay Əliyev edir. Faktiki olaraq artıq həmin rayonda şöbəmiz yoxdur. Əlillər bizə pərakəndə şəkildə müraciət edir. Hətta keçmiş şöbəmizlə məhkəmə çəkişməmiz var. Suraxanı rayonunun İcra Hakimiyyətinin məsələyə soyuq münasibət bəsləməsi birliyin əmlakının dağıdılmasına gətirib çıxarır. Amma bu, bizim razılığımız olmadan mümkün deyil. Heç kim risk edib qazilərə saxta sənədlər verə bilməz. Bu gün əmlak toplamaq çox çətindir. Biz birliyi daha da möhkəmləndirmək əvəzinə niyə torpaqlarını paylayıb müflisləşək? Bizdə olan məlumata görə, əvvəllcə qazilərdən sənədləşdirmə adıyla 200 manatdan pul yığılıb. İndi məbləğ 500 manata qaldırılıb. Lap 1500 manat etsələr belə, biz birliyin torpaqlarını heç kimə verməyəcəyik və əlaqədar təşkilatlar bununla bağlı ölçü götürməlidir».
«Mehdi Mehdiyev gedib öz satdığı torpaqların dərdini çəksin»
Deyilənlərlə razılaşmayan Oqtay Əliyevsə hesab edir ki, həmin ərazi 1997-ci ildə Qarabağ Əlillər Cəmiyyətinin (QƏC) mülkiyyətinə verilib və hazırda əlillər arasında bölüşdürülməsi tam qanunidir. Çünki QƏC-in nizamnaməsində də göstərilib ki, əgər təşkilat hər hansı səbəbdən ləğv olunarsa, onun mülkiyyəti üzvləri arasında bərabər bölünməlidir: «Mehdi Mehdiyev gedib öz satdığı torpaqların dərdini çəksin. Nəsimi rayonu ərazində, «Nurtac» restoranının arxasında tikilmiş 16 mərtəbəli binanın yeri birliyin idi. Oranı Mehdi Mehdiyev «Şərur İnşaat»a satdı. Bundan başqa, Həzi Aslanov metrosunun yaxınlığında da QƏC-ə məxsus universam var idi. Onu da satıb mənimsədilər. Bizim təşkilatsa 185 əlilə torpaq sahəsi ayırmaqla onların güzəranını yaxşılaşdırmaq istəyir. Bunun nəyi pisdir? Biz heç bir qanunsuzluğa yol verməmişik və aldığımız pullar da sırf sənədləşdirmə üçündür. Yaxın zamanlarda həmin ərazilər sənədləşdiriləcək. Artıq bir neçə əlil öz torpağında tikinti işlərinə başlayıb».
«OKA»lara görə qazilərdən 8 min dollar rüşvət alıblar»
Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu da deyir ki, vaxtilə QƏC-ə məxsus bütün mülkiyyət kimlər tərəfindənsə dağıdıldı, mənimsənildi: «Əlimizdə konkret faktlar olmadığından kiminsə adını çəkə bilmərəm. Amma fakt budur ki, həmin mülkiyyət satılıb, dağıdılıb. Sözügedən torpaq sahəsi də QƏC-in mülkiyyəti idi və nizamnaməyə əsasən həmin ərazi üzvlər arasında bölünməlidir».
Adının açıqlanmasını istəməyən başqa bir Qarabağ qazisi də birlik rəhbərliyinin bütün mülkiyyəti dağıtdığından, rüşvət hallarının geniş vüsət almasından gileyləndi: «Bir torpaq sahəsini bizə çox görürlər. Çünki əlillərə göstərilən hər bir xidmətə görə rüşvət alırlar. Paylanılan «OKA»lara görə qazilərdən 8 min dollar rüşvət aldılar. Sonra da icra hakimiyyətləri hamısından ərizə aldı ki, deyilənlər yalandır, heç bir rüşvət verilməyib. Əgər rüşvət verən şəxs bunu sonra danırsa, onu necə müdafiə etmək olar? Elə bu səbəbdən də özbaşınalığın qarşısını almaq mümkün deyil».
Göründüyü kimi, hərc-mərcilik 185 qazinin başında çatlayıb. Məsələnin necə həll olunacağını isə dəqiq bilən yoxdur.
P.S. Yazını hazırlayarkən mənimsəmə faktları ilə bağlı maraqlı məlumatlar əldə etdik. Bununla bağlı aparacağımız araşdırmanı yaxın günlərdə oxuculara təqdim edəcəyik.
Uşaq xəstəxanasında baş verən hadisə qalmaqala çevrildi
“Bizim Yol” – 20.09.2008

Zakir Qaralovun əmsisi qızı Mehriban Qaralova: «Həkim Elvira Firudinbəyova evyıxan, araqarışdıran, uşaq satmaq üstə türmədə yatanın birisidir»
Elvira Firudinbəyova: «Qaralova iki başlı oyun qurmuşdu, amma baş tutmadı»
Qəzetimizin 18 sentyabr tarixli sayında Respublika Uşaq Xəstəxanasında baş verən qalmaqal barədə məlumat vermişdik. Nəzərdən qaçıranların diqqətinə çatdıraq ki, sözügedən xəstəxanada baş həkimin müalicə məsələləri üzrə müavini vəzifəsini Respublikanın baş prokuroru Zakir Qaralovun əmisi qızı, millət vəkili Zahid Qaralovun qızı Mehriban Qaralova icra edir. (davamı…)


